Zambiya Respublikasının Prezidenti Hakainde Hiçilemadan
Məktublar

Zambiya Respublikasının Prezidenti Hakainde Hiçilemadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zambiya Respublikasının Hökuməti və xalqı adından Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Sizin yenidən dövlət başçısı seçilməyiniz Azərbaycan xalqının müdrik rəhbərliyinizə və ölkəni daha böyük tərəqqiyə doğru aparmaq üçün uzaqgörənliyinizə bəslədiyi inamın və etibarın əyani təsdiqidir. Yeni səlahiyyət müddətinizə başlayarkən mən Zambiya Hökumətinin ölkələrimiz arasında əməkdaşlığı möhkəmləndirmək üçün Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq etmək istəyini bir daha təsdiq edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin. Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə firavanlıq arzulayıram.

Hörmətlə,

Hakainde HİÇİLEMA,

Zambiya Respublikasının Prezidenti.