Yenilməyən istiqlaliyyətimiz
Siyasət

Yenilməyən istiqlaliyyətimiz

Azərbaycan Respublikası özünün çoxəsrlik dövlətçilik ənənələrinin əsasını rəsmi olaraq ilk dəfə 1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə qoymuşdur. Cümhuriyyətin yaranması, xalqın qəlbinin dərinliklərində yatan milli müstəqillik, azadlıq duyğularının baş qaldırması dövrün tarixi reallıqları baxımından nəzər salındıqda, XX əsrin əvvəllərində dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda mütərəqqi bir hadisə olmuşdur. Cəmi 23 ay ömür sürməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti xalqın milli cəsarət siyasi iradəlilik ideyalarının yaranması ilə yanaşı, mühüm dövlət təsisatlarının qurulması ilə dövlətçilik dəyərlərinin formalaşmasında müstəsna rol oynamışdır.

Uzun illər Azərbaycan torpağında hökmranlıq etmiş dövlət idarəetməsində azərbaycanlıların iştirakına yol verməyən, yeraltı, yerüstü sərvətlərimizi talayan çar Rusiyasının 1917-ci ildə süqut etdiyi dövrdə Cənubi Qafqazda belə cəsarətli addımın atılması məzlum xalqın milli hərəkatının, azadlıq mübarizəsinin məntiqi nəticəsi kimi çıxış etmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti türk İslam dünyasında ilk parlamentli respublika ilk demokratik, hüquqi dünyəvi dövlət nümunəsi olmuşdur. Qurulduğu vaxtdan az keçmədən "türkün dostu türk olar" prinsipi ilə münasibətlərini quran Cümhuriyyət Türkiyə ordusunun köməkliyi ilə torpaqlarımızdan rus-daşnak qüvvələrini çıxarmağa müvəffəq olaraq paytaxtı Bakı şəhərinə köçürmüşdür.

Fəaliyyəti dövründə müstəqil Azərbaycan Cümhuriyyəti böyük nailiyyətlər uğurlar əldə etmişo cümlədən qadınlara seçki hüququ tanıyan, qadın-kişi bərabərliyini təmin edən dövlət kimi demokratik dəyərlərə insan haqlarına hörmətini ali prinsip səviyyəsində tutaraq milli ordu, milli bank, milli pul, azad seçkilər, beynəlxalq əlaqələr beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanınması, Azərbaycanın bütövlüyünün qorunmasını təmin etməyə yönələn əhəmiyyətli nəticələr əldə etmişdir.

Lakin xalqımız tarixində qonşularının "xoş niyyətləri" ilə müstəqilliyi dəstəklənən inkişaf edən bir xalq deyil, xoşbəxtliyini çətinliklə əldə edən bir xalq olaraq öz müstəqilliyini uzun müddət qoruyub saxlaya bilməmişdir. Tarix öz səhifələrini təkrarlamaqdan yorulmamış 23 aylıq səadətin sonu yenidən rus işğalı ilə nəticələnmiş, sözdə İttifaq olsa da, əməldə müstəmləkəçilik siyasəti yeridən SSRİ işğalına məruz qalaraq beşiyində boğulan Cümhuriyyət bundan sonra 70 il sovet əsarətində qalmışdır. Ötən bu illərdə Cümhuriyyətin süqutu xalqın yaddaşına həkk edilməsinə baxmayaraq, hər bir azərbaycanlının qəlbindəki azadlıq eşqi bir an belə tükənməmiş, öz qüvvəsini itirməmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin şüurlarda qalan müstəqillik ideyası ilə yanaşı, xalq öz milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Şüurlarda yaşayan bu ideyalar ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın yaddaşını özünə qaytarmış milli mənlik şüurunu inkişaf etdirərək azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratmışdır.

1991-ci ildə SSRİ-nin süqutu dövründə Azərbaycanda vəziyyət həddindən artıq gərginləşmiş, ölkəni ağuşuna almış daxili didişmələr, xaos, özbaşınalıq, hakimiyyətsizlik dövlətin iqtisadi siyasi əsaslarını laxlatmış, dövlət orqanlarının fəaliyyəti iflic olmuş hüquq sisteminə böyük zərbə vurulmuşdur.

90- illərin gərgin vəziyyətində müdrik xalqın təkidli tələbi xahişi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtmış, bununla da Azərbaycandakı özbaşınalığa, siyasi hakimiyyətsizliyə həmişəlik son qoyulmaqla Azərbaycan dövlətinin müstəqilliyinin yenidən süquta uğradılmasının qarşısı alınmışdır.

"Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir" sözləri ümummilli lider Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq təsdiqini tapmış, Azərbaycan öz müstəqilliyini dünyaya sübut etmiş, istiqlaliyyətimizin daimi, əbədi olmasının əsasını yaratmışdır.

Ümummilli liderimiz Heydər Əliyevin qurub yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan Respublikası indi Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir, ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan ordusunu darmadağın edərək uzun müddət işğal altında olan torpaqlarımızı azad etdi. Bu, Azərbaycan xalqının tarixi qələbəsidir. Heç təsadüfi deyildir ki, 2021-ci il oktyabrın 18- Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olduğu vaxtda, Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd etmişdir. Bu baxımdan, dövlətçilik tariximizdə müstəsna əhəmiyyəti olan bu hadisənin önəminə mühüm qiymət verərək cənab Prezidentin Sərəncamı ilə mayın 28-i Müstəqillik Günü oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilmişdir.

Müstəqillik Gününü qeyd edərkən gələcək nəsillərin bu günün əhəmiyyətinə diqqətinin bir an belə azalmayacağına inanır yüz illər boyu dövlət bayrağımızın müstəqil dövlətlər arasında ən uca yerdə dalğalanacağını arzulayıram.

Yusif MƏMMƏDOV,

Sumqayıt Şəhər

Prokurorluğunun müstəntiqi, III dərəcəli hüquqşünas.