YAP fəallarına medallar təqdim olunub
Region

YAP fəallarına medallar təqdim olunub

Şamaxı
Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının təsis edilməsinin 31-ci ildönümü ilə əlaqədar keçirilən tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, YAP rayon təşkilatının sədri Tural Qasımlı, rayon ağsaqqallar şurasının sədri Mayıl Alıcanov, rayon icra hakimiyyəti yanında ictimai şuranın sədri Eybalı Ağayev, partiya veteranı Nəzakət Abdulrazaqova çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyası dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunması, ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutması kimi əsas partiya prinsiplərini həyata keçirməklə cəmiyyətdə yüksək nüfuza malikdir. Bu gün Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olaraq nüfuzu davamlı artır.

Tədbirin sonunda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə rayon İcra Hakimiyyəti başçısı Tahir Məmmədova, rayon ağsaqqallar şurasının sədri Mayıl Alıcanova, rayon icra hakimiyyəti yanında ictimai şuranın sədri Eybalı Ağayevə, partiya veteranı Nəzakət Abdulrazaqovaya “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalları təqdim olunub.

M.NƏRİMANOĞLU,

“Respublika”.