Xəzər regionunda əməkdaşlığın yeni perspektivləri
Siyasət

Xəzər regionunda əməkdaşlığın yeni perspektivləri

29 iyun 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib. Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan İran dövlət başçılarının Zirvə toplantısında əməkdaşlıq təhlükəsizlik məsələləri müzakirə olunub. Sammit çərçivəsində keçirilən ikitərəfli çoxtərəfli görüşlər 5 ölkənin ticarət, tranzit, enerji, kənd təsərrüfatı turizm sahələrində inkişafına mühüm töhfə olaraq dəyərləndirilib.

Türkmənistanın paytaxtı Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı region ölkələrinin əməkdaşlığının gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edirdi. Prezident İlham Əliyevin Zirvə Toplantısındakı çıxışında dediyi kimi, Xəzəryanı ölkələr arasında dostluq mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli çoxtərəfli əməkdaşlıq Xəzər dənizində sabitliyin təhlükəsizliyin mühüm amilidir. Elə bunu nəzərə alaraq Xəzəryanı dövlətlər öz aralarında əməkdaşlığın müqavilə-hüquqi bazasının möhkəmləndirilməsinə diqqəti daha da artırırlar nəticədə ölkələrimiz arasında təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması nəticələrinin aradan qaldırılması, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanaraq qüvvəyə minib.

Müasir dövrdə enerji ehtiyatları dünya dövlətlərinin gücünü xarakterizə edən mühüm amillərdən biri hesab olunur. Getdikcə tükənən bu ehtiyatlara daha uzun müddət sahiblik etmək dövlətlərin digərlərinə təsir gücünü artırır onları qlobal anlamda söz sahibi edir. Bu baxımdan, enerji ehtiyatları ilə zəngin  Xəzər dənizi hövzəsi ətrafında uzun illərdən bəri mövcud olan fikir ayrılıqları dünya dövlətlərinin diqqətini özünə yönəltmişdir. Dünyada mühüm geosiyasi əhəmiyyətinə zəngin karbohidrogen ehtiyatlarına görə seçilən Xəzər dənizinin hüquqi statusu ilə bağlı yaranan fikir müxtəlifliyi dövlətlərarası siyasi elmi-nəzəri diskussiyaların davam etdirilməsinə səbəb olmuşdur. Uzun illərin gərgin müzakirələrindən sonra 2018-ci ildə beş Xəzəryanı ölkə Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı mühüm sənəd imzalayıblar. Azərbaycan rəhbərliyi bu razılığın əldə edilməsində fəal rol oynayıb. Azərbaycan hər zaman Xəzərin sülh əməkdaşlıq hövzəsi kimi təşəkkül tapmasının tərəfdarı qismində çıxış edib. Ölkəmizin Xəzərdə qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verdiyini xüsusi qeyd edən  Azərbaycan Prezidenti sammitdə çıxışında bildirib: "2018-ci ildə Aktauda imzalanmış Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya bizim üçün tarixi əhəmiyyət kəsb edir. Məhz çoxillik nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edir, Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir". Dövlət başçısının fikirlərinə nəzər salsaq, bir daha qeyd edə bilərik ki, son illərdə Xəzər dənizi ilə bağlı hüquqi bazanın möhkəmləndirilməsi sahəsində olduqca intensiv fəaliyyət aparılıb bu proses qarşıdakı illərdə eyni axarla davam edəcək. Azərbaycan hər zaman sözügedən prosesdə təşəbbüskar dövlət kimi iştirak edib. Xəzərin hüquqi statusuna dair Konvensiyanın ilk konseptual layihəsi məhz Azərbaycan tərəfindən hazırlanıb tərəflərə təqdim edilib.

Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır bu rol ildən-ilə artmaqdadır. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin təşəbbüskarı yaradıcısı olan Azərbaycan dövləti tərəfindən Xəzəryanı ölkələrlə qarşılıqlı əməkdaşlıq, mehriban dostluq əlaqələrinin davam etdirilməsi məsələləri daim diqqət mərkəzində dayanır. Xəzərin iqtisadi potensialı, ölkələr arasındakı ticarət əməkdaşlıqda oynadığı müstəsna rol zirvə toplantısında gündəmə gələn mövzuların da əhəmiyyətini artırırdıBu baxımdan, dövlət başçısı çıxışında Azərbaycanın geostrateji roluna toxunaraq vurğuladı: "Biz Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq". Vətən müharibəsindəki tarixi qələbəmizə toxunan İlham Əliyev bir daha bəyan etdi ki, Zəngəzur dəhlizi artıq reallığa çevrilir.

Dövlət başçısı qədim Azərbaycan torpağı Zəngəzurun indi türk dünyasının birləşdiricisi rolunu oynayacağını bildirib. Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala təbii resurslara malik olan regionu birləşdirəcəkdir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda Azərbaycanı regionun əsas nəqliyyat qovşaqlarından birinə çevirəcək. Azərbaycan Şərq-Qərb Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına həm maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Dəhlizin açılması ilə ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artacaq.

Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. Eləcə , nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır. Ətraf mühitin vəziyyəti ilə əlaqədar Xəzəryanı dövlətlərin narahatlığına səbəb olan problemlərin həlli bütünlükdə dünya düzəninin tarazlanmasına da təsir imkanlarına malikdir. Azərbaycanda Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün birgə əməkdaşlığın genişləndirilməsinə xüsusi fikir verilirÖlkəmizin Xəzərin bioehtiyatlarının su hövzəsinin qorunması naminə lazımi tədbirlərin görülməsində maraqlı olduğunu bildirən Prezident İlham Əliyev dənizin dayazlaşma dinamikasından narahatlığını da ifadə edib.

Prezident İlham Əliyev Zirvə toplantısındakı çıxışında respublikamızın Xəzəryanı ölkələrlə münasibətlərinin uğurla inkişaf etdiyini məmnunluq hissi ilə nəzərə çatdırıb. Beləliklə, Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin təhlükəsizliyin mühüm amilidir.

Mustafa KAMAL,

"Respublika".