Vətənə xidmət nümunəsi
Siyasət

Vətənə xidmət nümunəsi

Ümummilli lider Heydər Əliyevin həyat fəaliyyəti Azərbaycanın müasir tarixinə müdriklik, vətənpərvərlik, azərbaycançılıq nümunəsi kimi daxil olmuş, xalq-rəhbər birliyinin yenilməzliyinin sübutuna çevrilmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan dövlətinin, xalqının taleyində müstəsna rol oynamış, bir rəhbər kimi üzərinə düşən vəzifəni fədakarcasına yerinə yetirmişdir.

Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev ömrünün yarım əsrdən çoxunu qüdrətli demokratik Azərbaycanın yaradılmasına həsr etmişdir. Müstəqil Azərbaycan dövlətinin bünövrəsi Heydər Əliyevin ideyaları əsasında qoyulmuşdur.

Heydər Əliyev fenomeninin hələ Sovetlər dövründə misilsiz xidmətlərini - ölkəmizin çiçəklənən bir məkana çevrilməsini, hələ o zamanlar milli kadrların hazırlanmasında analoqu olmayan tədbirlərin həyata keçirilməsini biz bu gün böyük iftixar hissi ilə xatırlayırıq.

Sovetlər dönəmində milli təhlükəsizlik orqanlarında işləmək qədər şərəfli olsa da, bir o qədər çətin məsuliyyətli idi. Heydər Əliyev çox böyük təsirlərə, çətinliklərə məruz qalsa da, bu sistemdə şərəfli həyat yolu keçib, öz fəaliyyəti, vətənpərvərliyi ilə şəxsiyyətini tarixləşdirib.

Ulu öndər öz xalqına, Vətəninə sonsuz sədaqəti, məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş gərgin fəaliyyəti ilə Azərbaycanın XX əsr ictimai-siyasi, iqtisadi, mədəni, mənəvi həyatında yeni bir tarix yaratmışdır. Əgər dahi liderin 70-80-ci illərdə qurub-yaratdığı, inkişaf etdirdiyi Azərbaycan olmasaydı, bu günümüzün mühüm nailiyyətlərindən danışmaq bəlkə mümkünsüz olardı. Heydər Əliyevin 1969-cu ildə Azərbaycanın rəhbəri vəzifəsinə təyin olunmasını tarixi hadisə kimi qiymətləndirənlər öz qənaətlərində haqlıdırlar. Çünki onun hakimiyyətə gəlməsi ilə respublikamızda köklü dəyişikliklər, inqilabi irəliləyişlər baş vermişdir.

Heydər Əliyev dünyada sülhün əmin-amanlığın tərəfdarı idi. 90- illərdə ölkəmizdə baş verən hadisələr - 20 Yanvar, Xocalı soyqırımı, Qarabağ problemi, əsir torpaqlarımızın ağrı-acısı, bir milyondan artıq qaçqın məcburi köçkünün taleyi Heydər Əliyevə ağır günlər, illər yaşatsa da, dincliyini, rahatlığını əlindən alsa da, o, müharibənin tərəfdarı deyildi.

Ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. 1993- ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərindən dərk edir ki, ulu öndər o dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa nail oldu. Bu, Heydər Əliyev dühasının yeni bir qəhrəmanlıq tarixi idi. Dahi rəhbərin fəaliyyətinin 1993-2003- illəri bir ömrün qızıl salnaməsidir. Azərbaycanı müstəqil, azad, demokratik ölkə kimi görmək istəyən ulu öndərin öz məqsədlərini həyata keçirdiyi illərin unudulmaz səhifələridir. Ümummilli lider həmin illərdə Azərbaycanı yalnız parçalanmaqdan, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etmədi, həm xalqımıza yeni, firavan, ildən-ilə gözəlləşən bir həyat, müstəqil Azərbaycan bəxş etdi.

Heydər Əliyev epoxası Azərbaycanın XX əsr tarixinə müdriklik, vətənpərvərlik, azərbaycançılıq nümunəsi kimi daxil olmuşdur.

Ulu öndərin "Mən mənalı həyatımın... düz altmış ilini xalqımın bu günü sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidməti olub" kəlamı əslində, bir ömrün hesabatıdır.

Türkiyə Respublikasının sabiq prezidenti Süleyman Dəmirəlin Heydər Əliyev haqqında dediyi sözləri xatırlamaq yerinə düşərdi: "Hörmətli Heydər Əliyevin gördüyü ən böyük işlərdən biri məhz bu ölkədə sabitliyin yaradılması, asayişin bərqərar olmasıdır. Bu, asan deyil. Heydər Əliyevə qarşı sui-qəsdlər hazırlanırdı. Ancaq Azərbaycan xalqı üçün, mənim qardaşlarım üçün ən vacib şey müstəqil dövlətin yüksələn bayrağıdır. Yüksələn bayraq enməz! Azərbaycanın müstəqilliyi güclüdür, əbədidir".

Bu günlər ölkəmizdə ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyinə geniş hazırlıq işləri gedir. Sevinir qürur hissi keçirirəm ki, gənclik illərindən mənim Heydər Əliyevlə şəxsi görüşlərim olub. Onun tövsiyə göstərişləri ilə hərbi sahədə uğurlu nəticələrə imza atmışam. Azərbaycan Milli Ordusunda ilk hərbçilərdən olmuşam.

Naxçıvan Ali Məclisinin sədri vəzifəsində çalışarkən Heydər Əliyev Naxçıvan ərazisində yerləşən Sovet ordusuna xidmət edən azərbaycanlı hərbçilərə çağırış etdi, məsləhət gördü ki, onlar Milli Orduya daxil olsunlar.

Heydər Əliyev bir neçə zabiti Naxçıvan Ali Məclisinə dəvət etdi onlarla görüş keçirdi. Bu görüşdə mən iştirak edirdim. Ulu öndər zabitlərə Azərbaycandakı mövcud durum, sərhədlərimizdəki gərgin vəziyyət, həmçinin milli ordunun yaradılması barədə məlumat verdi. Biz hərbçilərin Azərbaycanın Milli Ordusuna daxil olmasının vacibliyini vurğuladı. Bundan sonra biz Milli Ordumuzun sıralarında xidmət etməyə başladıq.

1992-ci ilin 27 iyununda Heydər Əliyev gecə saatlarında Ali Məclisdəki otağında bizi qəbul etdi. O, Naxçıvanda hərbi hospitalın yaradılması barədə fikrini bildirdi. bir hərbçi kimi mənə müəyyən tövsiyələrini verdi, bildirdi ki, sabah mən hərbi hospitala gələcəyəm. Elə etdi, Heydər Əliyev hospitala gəldi. Biz Heydər Əliyevi səmimi qarşıladıq. Ulu öndər məni hospitala rəis vəzifəsinə təyin etdi, mənə tapşırıq tövsiyələrini verdi.

Naxçıvan ərazisində demək olar ki, hər gün sərhədlər erməni vandalları tərəfindən pozulur, mülki şəxslər hərbçilər arasında şəhidlər yaralılar olurdu.

Hər gün hospitaldan yaralılar barədə ulu öndərə məlumat verilirdi. Hospitalın bütün fəaliyyəti demək olar ki, Heydər Əliyevin nəzarətində idi.

Erməni təcavüzünün qarşısını almaq məqsədilə Heydər Əliyev qardaş Türkiyənin hərbi təbabəti Səhiyyə Nazirliyi ilə sıx əlaqə yaratdı. Ərzurumdakı marşal Fefzi Çaxmaq hospitalı ilə Naxçıvan hərbi hospitalı arasında əlaqə yaradıldı ağır xəstələr ora göndərildi.

Heydər Əliyevin dəfələrlə Ankarada yaralılarla görüşü oldu. Süleyman Dəmirəl Naxçıvan hərbi hospitalına 2 ədəd təcili tibbi yardım maşını verilməsini tövsiyə etdi. Fransa istehsalı olan həmin təcili tibbi yardım maşınları ilə yüzlərlə xəstələrin təxliyəsi təmin edildi.

Heydər Əliyev gecə saatlarında da hərbi hospitala zəng vurub yaralılar barədə lazımi məlumatlar alırdı. Şəxsən mən 30 dərəcə şaxtada Ordubad tərəfdən ölüm ayağında olan 2 nəfəri təcili xidmət maşını ilə hospitala çatdırdım.

Yaxşı yadımdadır, gecə qaranlığında hospitala yaralı gətirilirdi. Hamımız şahidi olduq ki, axşamdan çox keçməsinə baxmayaraq, Heydər Əliyevin otağındakı işıq söndürülməmişdi.

Naxçıvanın sərhədlərinə ermənilər göz dikəndə ulu öndər Heydər Əliyev həmişə ayıq-sayıq oldu. Onun otağı o qədər soyuq idi ki, günlərin bir günü otağa elektrik mühərriki göndərildi. Bu qayğı ilə Heydər Əliyev razılaşmadı. Bir gün sonra elektrik mühərrikini hədiyyə olaraq uşaq evinə göndərdi.

1993- ildə Heydər Əliyev Naxçıvandan gələn 9 nəfər hərbçini qəbul etdi. O, bizə təxminən bir saat öz tövsiyələrini verdi.

Bir müddət keçdi, mən Heydər Əliyevin göstərişi ilə Bakı şəhərinə işə dəvət olundum. İdman, səhiyyə ilə bağlı keçirilən tədbirlərdə ulu öndərlə şəxsən görüşüb söhbət etdim. Sidney Yay Olimpiya Oyunları ərəfəsində ulu öndərlə çox mehriban, səmimi görüşümü heç vaxt unutmuram. Qürur hissi keçirirəm ki, ümummilli lider Heydər Əliyev tərəfindən vətən qarşısındakı nümunəvi xidmətlərimə görə orden medallara layiq görülmüşəm.

Bu gün xalqımız əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ölkənin siyasi iqtisadi uğurlarını öz həyatında hiss edir.

Natiq ƏLİYEV,

general-mayor, Azərbaycan Respublikasının Əməkdar həkimi,

Əməkdar idman xadimi.