Uşaqların Beynəlxalq Müdafiəsi Gününü  ADY-də qeyd edilib
Sosial həyat

Uşaqların Beynəlxalq Müdafiəsi Gününü  ADY-də qeyd edilib

“Azərbaycan Dəmir Yolları” QSC Bakı Dəmiryol Vağzalında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mən dəmiryolçu övladıyam!” adlı tədbir təşkil edib. ADY-nin təşəbbüsü ilə keçirilmiş tədbirdə ilk dəfə olaraq dəmiryolçu övladları valideynlərinin iş yerləri, o cümlədən vağzal və qatarların iş prinsipi ilə tanış olmaq imkanı qazanıblar.

ADY mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, ümumilikdə tədbirdə ADY-nin II Qarabağ müharibəsində şəhid olmuş əməkdaşlarının və Vətən Müharibəsi iştirakçılarının uşaqları da daxil olmaqla 500-ə yaxın dəmiryolçu övladı iştirak edib.  Uşaqların yüksək texnologiyalara olan marağı nəzərə alınaraq tədbir çərçivəsində Bakı Dəmiryol Vağzalında pilotsuz uçuş aparatları, planer, roboteks sahələrinə aid guşələr hazırlanıb.

Tədbirin keçirilməsində Milli Aviasiya Akademiyasının ''Teknofest-2022'' festivalının qaliblərinin, ‘’AzerRobot Education’’ Robototexnika tədris mərkəzinin və Azərbaycan Cüdo Federasiyasının iştirak etməsi tədbirin yadda qalan olmasına xüsusi töhfə verib.

“Respublika”.