Ulu Öndər Heydər Əliyevin xatirəsinə
Ekologiya

Ulu Öndər Heydər Əliyevin xatirəsinə

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının və Bakı Apellyasiya Məhkəməsinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqından məlumat verilib.

Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən aksiyada Bakı Apellyasiya Məhkəməsinin və onun yurisdiksiyasına daxil olan birinci instansiya məhkəmələrinin hakimləri iştirak ediblər. Aksiyaya fəal qoşulan hakimlər ətraf mühitin yaşıllıq zonasına çevrilməsi, vətəndaşların sağlam həyatının təmin olunması məqsədilə Qaradağ rayonu ərazisində - Dairəvi yolun kənarında Abşeron yarımadasının iqliminə uyğun olaraq iynəyarpaqlı (sərv) ağaclar əkiblər.

Həmçinin əkilən ağacların küləkdən qorunması məqsədilə dirəklər basdırılıb, onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub. Ağacların mühafizəsi və mütəmadi qulluq göstərilməsi məqsədilə zəruri tədbirlər görülüb.