Ucarda vətəndaşların qəbulu keçirilib
Region

Ucarda vətəndaşların qəbulu keçirilib

Fevralın 23-də ədliyyə naziri vəzifəsini müvəqqəti icra edən Azər Cəfərov Ucar rayonunda vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Dövlət başçısı İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə əsasən təşkil olunan görüşdə Ucar, Zərdab, Kürdəmir və digər rayonlardan olan vətəndaşlar iştirak ediblər.

Qəbulda ədliyyə fəaliyyətinin ayrı-ayrı sahələri ilə bağlı müraciətlərə baxılıb, müharibə iştirakçılarının və şəhid ailələrinin qayğıları ilə maraqlanılıb. Onların həlli ilə bağlı müvafiq tədbirlər görülüb, araşdırma tələb edən digər müraciətlər nəzarətə götürülüb.

Azər Cəfərov bölgə sakinləri ilə görüşdə ölkə Prezidentinin fəaliyyətinin və dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının və onun rifahının dayandığını, onların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarının daim diqqətdə saxlanıldığını bildirib.

Səfər zamanı həmçinin, nazirliyin yerli qurumlarına və məhkəməyə baş çəkilib, infrastrukturu və iş şəraiti ilə tanış olunub.

Ədliyyə Nazirliyi Mətbuat xidməti