Türkiyədə terrorçulara qarşı geniş əməliyyat keçirilib
Türk dünyası

Türkiyədə terrorçulara qarşı geniş əməliyyat keçirilib

Türkiyənin 11 vilayətində “Bozdağan-37” əməliyyatı keçirilib.

"Respublika" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, əməliyyat nəticəsində 92 mağara, sığınacaq məhv edilib. Həmçinin, 495 kiloqram partlayıcı maddə, 100 əldəqayırma bomba, 1660 kapsula həssas partlayıcı, 9 əl bombası, 3 126 ədəd müxtəlif diametrli və ölçülü döyüş sursatı, 2 mina, 8 AK-47 avtomatı və digər silahlar ələ keçirilib.

“Terror təşkilatının logistik məqsədlər üçün istifadə etmək və hərəkət etmək üçün hazırladığı yuvalar bir-bir aşkar edilərək məhv edilib”, - nazir bildirib.