Türkiyə Mərkəzi Bankının iyunun 22-də uçot dərəcəsini 8,5%-dən 15%-ə kimi artırmasından sonra lirə digər valyutalar qarşısında kəskin enişi davam etdirib.
“ASAN radio”nun verdiyi məlumatında bildirilir ki, iyunun 23-də birjalarda Dollar/Türkiyə Lirəsi məzənnəsi rekordunu yeniləyib 25,48 səviyyəsinə qədər yüksəlib.
Avro/Türkiyə Lirəsi məzənnəsi isə 27,88 səviyyəsini test edib. Başqa sözlə, TL bir gündə dollar qarşısında 7,8% dəyər itirib. Son bir ayda isə lirə 22% ucuzlaşıb.
“Respublika”.