“Telegram”ın yeni funksiyası açıqlanıb
Maraqlı

“Telegram”ın yeni funksiyası açıqlanıb

“Telegram” istifadəçiləri sadə ovuc skanı vasitəsilə öz şəxsiyyətlərini təsdiq edə biləcəklər. 

"Respublika"  xarici KİV-ə istinadla xəbər verir ki, bu təşəbbüsün bir hissəsi kimi, “TON Society” proqramda iştirak etmək istəyən istifadəçilər üçün mükafat olaraq 1 milyon Toncoin (təxminən 6,5 milyon dollar) ayırıb.

Qeyd edək ki, layihənin məqsədi növbəti beş il ərzində “Telegram” kanalının 500 milyon istifadəçisini təhlükəsiz rəqəmsal şəxsiyyətlə təmin etməkdir. Bu texnologiya “Airdrop” (pulsuz kriptovalyuta transferi) və ya tranzaksiya təhlili kimi əməliyyatlarda kimliyin yoxlanılması baxımından faydalı olacaq.