Tarix yazan əbədiyaşar lider
Sosial həyat

Tarix yazan əbədiyaşar lider

Ağsu Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Tarix yazan əbədiyaşar lider” mövzusunda yığıncaq keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət ediblər.      

Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verərək bildirib ki, Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir.

Tədbirdə vurğulayıblanıb ki, Ulu Öndər tərəfindən təməli qoyulan uğurlu siyasətin bariz nəticəsi Azərbaycanın 30 ilə yaxın davam edən münaqişədə qalib olması və ərazi bütövlüyümüzün birmənalı təsdiqi ilə özünü ifadə edir. İşğaldan azad olunan bütün bölgələrdə həyata keçirilən geniş quruculuq işləri durmadan davam etdirilir. Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib.

M.NƏRİMANOĞLU,

“Respublika”.