Şuşada aşkarlanan kütləvi məzarlıq insanlıq əleyhinə ən dəhşətli cinayətlərdən biridir
Digər xəbərlər

Şuşada aşkarlanan kütləvi məzarlıq insanlıq əleyhinə ən dəhşətli cinayətlərdən biridir

Azərbaycanın azad edilmiş ərazilərində Ermənistan işğalı dövründə insanların qətlə yetirilməsi kütləvi şəkildə dəfn edilməsini sübut edən daha bir məzarlıq Şuşa şəhərində aşkarlanıb. İyunun 3- kütləvi məzarlığın aşkarlandığı əraziyə media nümayəndələrinin səfəri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, səfər zamanı media nümayəndələrinə aşkar olunmuş məzarlıqda ən azı dörd nəfərin qalığının tapıldığı bildirilib.

Səfər çərçivəsində Birinci Qarabağ müharibəsində əsir girov götürülərək öldürülən işğal olunmuş ərazilərdə basdırılan azərbaycanlılara aid meyit qalıqlarının aşkarlanmasını əks etdirən film nümayiş etdirilib.

Qeyd edək ki, Şuşada aşkar edilmiş məzarlıq insanlıq əleyhinə törədilən ən dəhşətli cinayətlərdən biridir. Bu fakt qanunsuz olaraq Şuşa həbsxanasında saxlanılmış azərbaycanlıların həmin həbsxanada dəhşətli işgəncələrə, qeyri-insani rəftara məruz qalması ilə bağlı səsləndirilmiş iddiaları şahid ifadələrini bir daha təsdiqləyir. Şuşada aşkarlanan bu insan qalıqlarını Başlıbel, Fərrux Edilli istiqamətlərində aşkarlanmış kütləvi məzarlıqların davamı kimi adlandırmaq olar.

Ermənistan Azərbaycana qarşı uzun illər təcavüzkar siyasət yürüdüb. Onlar Şuşa şəhərinin həmişəlik işğal altında qalacağını törətdikləri cinayətlərin üstünün heç vaxt açılmayacağını düşünürdülər. Lakin Vətən müharibəsindəki şanlı Qələbə nəticəsində Azərbaycan öz doğma torpaqlarına qayıtdı, haqq-ədalət bərqərar olundu.