Smartfonlara ciddi məhdudiyyət tətbiq olunacaq
Gündəm

Smartfonlara ciddi məhdudiyyət tətbiq olunacaq

Çin internet tənzimləyicisi gənclərin telefonda sərf etdikləri vaxtı kəskin şəkildə azaldacaq yeni bir addım atmağa hazırlaşır.

"Respublika" "Hürriyet"ə istinadən xəbər verir ki, Çin Kiberməkan İdarəsi (CAC) gənclərin smartfon asılılığının qarşısını almaq üçün atdığı bu qeyri-adi addıma bir çox şirkət sərt reaksiya bildirib.

Plana əsasən, 18 yaşından kiçik istifadəçilərin saat 22-dən səhər 6-ya kimi internetə çıxışı məhdudlaşdırılacaq, 16-18 yaşlı istifadəçilərə isə gündə iki saat ekran vaxtı veriləcək. Bu müddət 16 yaşından kiçik istifadəçilər üçün bir saat, 8 yaşından kiçik istifadəçilər üçün isə cəmi 8 dəqiqə olacaq.Lakin plan texnoloji investorların reaksiyasına səbəb olub. Honq-Konqda Çin texnologiya firmalarının səhmləri CAC-ın elan etdiyi plandan sonra kəskin şəkildə düşməyə başlayıb. 

Töhfə SƏMƏDOVA,

"Respublika".