Silsilə tədbirlər davam edir
Digər xəbərlər

Silsilə tədbirlər davam edir

Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar partiyanın Mərkəzi Aparatı tərəfindən hazırlanmış və İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər davam edir.

Tədbirlər Planı çərçivəsində noyabrın 2-də partiyanın Qax, Şəmkir, Cəbrayıl, Salyan və Beyləqan rayon təşkilatları tərəfindən tədbirlər keçirilib.

Tədbirlərdə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Keçirilən tədbirlərdə - Astara rayonunda YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, YAP Veteranlar Şurasının üzvü professor Sudeyf İmamverdiyev, Şəki rayonunda YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov, Xəzər rayonunda YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Veteranlar şurasının üzvü, yazıçı Zahid Xəlilov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev, Füzuli rayonunda YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin deputatı Ceyhun Məmmədov, İmişli rayonunda YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Elman Nəsirov, Daşkəsən rayonunda YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, Milli Məclisin deputatı Kamran Bayramov, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev və başqaları çıxış ediblər.

Çıxışlarda Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi zəngin və şərəfli inkişaf yoluna nəzər salınıb. Azərbaycanın ümummilli lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth etdiyi diqqətə çatdırılıb.

Tədbirlərdə YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri və partiya fəallarına fəxri fərmanlar təqdim edilib.

Bundan əlavə, Tədbirlər Planına uyğun olaraq noyabrın 2-də YAP Qaradağ rayon təşkilatının gənc fəalları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

X.KOSAYEV,

“Respublika”.