Şərqi Zəngəzurda kəhrizlər bərpa olunur
Siyasət

Şərqi Zəngəzurda kəhrizlər bərpa olunur

Vaxtilə əkinçilikdə suvarmada kəhrizlər mühüm yer tutub, əsas su mənbələrindən biri olub. Tarixi mənbələrə görə, Azərbaycanda ilk kəhrizlər 3 min il əvvəl qazılıb qədim insanların yaratdığı suvarma mədəniyyətinin ilk nümunələrindən biri hesab olunur. Məhz buna görə kəhrizlər həyatın müəyyən mərhələlərində xüsusi əhəmiyyətə malik olub tarixi abidə hesab olunur. Ona görə onları qorumaq yaşatmaq lazımdır. Təkcə Qarabağda 50 min hektardan çox torpağın məhz kəhrizlər vasitəsilə suvarılması yaxın vaxtlara qədər davam edib.

Subartezianların istifadəyə verilməsindən sonra kəhrizlərə maraq azalmağa başlayıb. Get-gedə bu qədim su mənbələri unudulub kəhrizlərin çoxu naşı adamlar tərəfindən torpaqla doldurulub. Qeyd edək ki, kəhrizlər həm ekoloji cəhətdən təmiz, həm etibarlı su mənbələridir. Son dövrlərdə aparılan araşdırmalar zamanı məlum olub ki, kəhriz suyu ilə suvarılan torpaqların məhsuldarlığı artezianlarla suvarılan torpaqlara nisbətən daha çoxdur. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanın 30 ilə yaxın işğalda saxladığı torpaqlarda 332 kəhriz olub. Müzəffər ordumuzun qəhrəmanlığı sayəsində işğaldan azad edilən ərazilərdə mövcud olan kəhrizlərə mənfur düşmən tərəfindən bu vacib su mənbələrinə ziyan vurulub.

İşğaldan azad olunmuş Cəbrayıl rayonunun Horovlu kəndində kəhrizlərin bərpası istiqamətində işlərə başlanılıb. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində kənd ərazisində yerləşən 6 kəhrizin bərpası nəzərdə tutulur. Layihə kəhrizlərin bərpası sahəsində böyük təcrübəyə malik olan Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi ilə birgə icra edilir. Yaşlı cəbrayıllılar xatırlayırlar ki, erməni işğalından öncə Cəbrayılda 100-dən çox kəhriz olub. Əhali suya olan tələbatını məhz həmin kəhrizlər vasitəsilə ödəyib. Lakin işğal dövründə mədəni irsimiz sayılan kəhrizlər Ermənistan tərəfindən vəhşiliklə dağıdılıb, çirklənməyə məruz qalıb.

Hazırda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı Zəngilan rayonlarındakı kəhrizlərin sayının müəyyənləşdirilməsi, onların qiymətləndirilməsi bərpası istiqamətində araşdırma işləri davam etdirilir. Xatırladaq ki, Cəbrayıl rayonunun Horovlu kəndinin təməli bu ilin may ayının 4- Prezident İlham Əliyev tərəfindən qoyulub. Birinci mərhələdə bu kənddə 1395 nəfərin köçürülməsi üçün 334 fərdi evin tikintisi nəzərdə tutulur. Vaxtilə Azərbaycanın 41 rayonunda 5 şəhərində mövcud olmuş 1500-dən artıq kəhrizdən son dövrlərdə yalnız 10 faizindən bir qədər artığı bərpa olunub istifadə edilir. Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycanda 1999-cu ildən kəhrizlərin bərpası ilə bağlı layihələr həyata keçirir. Qeyd edək ki, kəhriz suyu sağlamlıq mənbəyi, can dərmanıdır, dadı-tamı da başqa cür olur. Göz yaşı kimi tərtəmiz, sərin kəhriz suyu adamlara həmişə rahatlıq sağlamlıq gətirir. Bəzən kəhrizləri yeraltı çay adlandırırlar, onları qorumaq yaşatmaq ən xeyirxah əməl sayılır, mədəni irsimizdə xüsusi yer tutan bu su mənbələrinə diqqət qayğı göstərmək hər kəsin vətəndaşlıq borcu olmalıdır.

Salman ALIOĞLU,

"Respublika".