Şərqi Zəngəzur: Müasir infrastruktur qurulur
Digər xəbərlər

Şərqi Zəngəzur: Müasir infrastruktur qurulur

Bu yerlər ilahi gözəlliyə bürünüb, zirvəsində qar, ətəyində bahar olan dağların əzəməti, dağ çaylarının şaqraq səsi, sıldırım qayaları, bəyaz buludların üzərində süzən qartalların qıyı, min bir dərdin dərmanı olan mineral bulaqları, uzun illər toy-büsata həsrət qalan yaylaqları ruha qanad verir, çiçəklərin ətri aləmə yayılır. Yaşı min illərlə ölçülən qalaların sehri adamı ofsunlayır, bir sözlə, cənnətin qapısı hesab olunan Kəlbəcər ana təbiətin canlı muzeyi, dağlar qoynunda bir incidir.

Ermənistanla həmsərhəd olan Kəlbəcər yeraltı yerüstü sərvətləri ilə zəngindir. Bu ecazkar məkanda təxminən 70-dən artıq mineral yataq var qeyd edək ki, dünyanın ən qiymətli mineralları bu rayonun ərazisindədir. Kəlbəcərdə 500-ə yaxın mineral su yatağı mövcuddur. Məşhur İstisu vaxtilə Kəlbəcərin şöhrətini bütün dünyaya yayıb. Kəlbəcər zirvələri buludlara çatan dağlarla əhatə olunub. xoş ki, indi bu zirvələrdə üçrəngli bayrağımız qürurla dalğalanır, dünyanın ən güclü ordularından olan Silahlı Qüvvələrimizin zabit əsgərləri sərhədlərimizi göz bəbəyi kimi qoruyur, düşmənə gözdağı verirlər. 30 il ərzində vəhşi düşmənin taladığı dağıtdığı Qarabağın Şərqi Zəngəzurun yaralanmış təbiəti yenidən cana gəlir.

Havadarları tərəfindən yaxşı silahlanmış Ermənistan silahlı qüvvələri 1993- il aprelin 2- qeyri-bərabər döyüşlərdə Kəlbəcər rayonunu işğal edib. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb ya itkin düşüb. İşğal nəticəsində rayonun əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. Ermənistanın hərbi təcavüzü nəticəsində rayonun sərvətləri ermənilər tərəfindən talan edilib, dağıdılıb Ermənistana daşınıb.

Düşmən azərbaycanlılara qarşı törətdiyi bütün cinayətlərə işğala cavab verməli oldu. Dövlət başçımız, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gücün, düşünülmüş siyasətin, müzəffər ordu bölmələrimizin igidliyi sayəsində ermənilər çox ağır bədəl ödədilər. İşğalçılar sındırıldı, ordusu fərari oldu, cürət edib döyüşənləri isə məhv edildi, yaralılarını meyitlərini qoyaraq qaçdılar. İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən işğalçılardan azad edildi. Vətən müharibəsində qəhrəman Silahlı Qüvvələrimizin düşmən üzərində qazandığı tarixi qələbədən sonra məğlub edilən diz çökdürülən Ermənistan məcbur edildi ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonunu bir güllə atılmadan Azərbaycana qaytarsın. Rayon ərazisində qeyri-qanuni məskunlaşan ermənilər öz xislətlərinə uyğun növbəti rüsvayçılığı törətdilər, evləri yandırdılar, ağacları doğradılar, unitaz qucaqlarında torpaqlarımızdan rədd oldular. Qeyd edək ki, Kəlbəcər şəhəri daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

Böyük Qələbədən sonra bölgədə yeni reallıq yaranıb, qüdrətli Azərbaycan diktə edən tərəfə çevrilib. Möhkəm iradə fədakarlıq nümayiş etdirən Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Qarabağın Şərqi Zəngəzurun bərpasını, inkişafını nəzərdə tutan, keçmiş məcburi köçkünlərin ləyaqətli təhlükəsiz qayıdışına hesablanmış Böyük Qayıdışa dair I Dövlət Proqramı uğurla, ardıcıllıqla icra olunur.

İşğaldan azad edilən bölgələrə səfərlərində Prezidentimiz mühüm infrastruktur layihələrinin, məktəb, xəstəxana, ictimai yaşayış binalarının təməlini qoyur, bir çoxunun isə açılışını edir. Dövlətimizin başçısı İlham Əliyev işğaldan azad olunmuş rayonlarımızın hər birinin ən müasir şəkildə qurulacağını, inkişaf etdiriləcəyini bəyan edib. Tarixi Qələbədən sonra Kəlbəcər rayonunun da bərpa yeni inkişaf dövrü başlayıb. Kəlbəcər qısa zamanda işğaldan əvvəlki dövrdəkindən inkişaf etmiş rayona çevriləcək. Kəlbəcərlilər buna qəti əmindir deyirlər ki, möhtərəm Prezidentimiz nəyi deyirsə, onu həyata keçirir. Düşmənin vandallıqla qatı nifrətlə dağıtdığı Kəlbəcər yenidən qurulur. Hazırda Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunan 11.6 kilometrlik tunel regionda ən böyük logistik layihə hesab olunur. Çətin relyefdə, sıldırım qayaların dağların əhatəsindən çəkilən, Göygöl Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun uzunluğu 81 kilometrdir. Qeyd edək ki, ümumiyyətlə Kəlbəcər Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. İcra olunan layihələr, həm mülki əhali, həm hərbçilər, həm müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdir.

Ötən il iyunun 26-da ölkə başçısının iştirakı ilə "Kəlbəcər-1" kiçik su elektrik stansiyasının, 110/35/10 kilovoltluq "Kəlbəcər" yarımstansiyasının, hərbi hissələrin açılış, İşğal Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcərdə "İstisu" mineral su zavodunun "İstisu" sanatoriyasının təməlqoyma mərasimləri keçirilib. Prezident İlham Əliyev işğaldan azad edilən rayonlarda aparılan tikinti-quruculuq işləri haqqında danışarkən bildirib ki, bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə - Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi məqbul yer tapmaq mümkün deyil. Ancaq biz bunu edirik. Müstəqil Azərbaycan dövləti buna da qadirdir. Buna texniki imkanlarımız, maliyyə imkanlarımız güclü iradəmiz var.

Dövlət başçısının Kəlbəcərdə quruculuq işləri ilə bağlı layihələrin yerinə yetirilməsinin tezləşdiriləcəyinə əminliyi bu inamın zəmanətidir. Ona görə Kəlbəcərdə quruculuq işləri istiqamətində həyata keçirilən layihələrin şəbəkəsi çox genişdir. Kəlbəcərdə ilin sonuna qədər yaşayış binaları, məktəb, xəstəxana inşa edilməsi nəzərdə tutulur. Kəlbəcər rayonu həm təbii enerji potensialına malikdir. Artıq xarici şirkətlər tərəfindən Kəlbəcər Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı müraciətlər olunub hazırlıq işlərinə başlanılıb. Ən çətin relyefə malik olan Kəlbəcər dağlarından yüksəkgərginlikli elektrik xətləri çəkilib.

Ümumiyyətlə, Kəlbəcər rayonunda çoxsaylı layihələr uğurla sürətlə həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetlərindən biri kimi müəyyən olunub. Dərin inam hissi ilə bildirək ki, bütün keçmiş məcburi köçkünlər, o cümlədən Kəlbəcər rayonunun sakinləri tezliklə öz doğma ata-baba yurdlarına qayıdacaqlar.

Salman ALIOĞLU,

"Respublika".