Şəhid anası yubileyi münasibətilə ziyarət olundu
Sosial həyat

Şəhid anası yubileyi münasibətilə ziyarət olundu

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, Səbail rayon Gənclər və İdman İdarəsinin rəisi Elnarə Əliyeva və RİHBA-nın məsul əməkdaşları Vətən müharibəsi şəhidi Səfərov Məmmədağa Balakişi oğlunun anası Rəna xanımı yubileyi münasibətilə yaşadığı evdə ziyarət edərək təbrik etmişlər.

21 iyun Səbail RİH-dən bildirilir ki, ziyarət zamanı Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova ölkəmizdə, o cümlədən Səbail rayonunda şəhid ailələrinin, döyüşlərdə yaralananların və müharibə iştirakçılarının daim diqqətdə saxlanıldığını, mütəmadi olaraq onlarla görüşlər keçirildiyini, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə operativ tədbirlər görüldüyünü bildirmişdir.

Şəhidin anası Rəna Səfərova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişdir.

“Respublika”.