Rusiya Federasiyası Dövlət Dumasının deputatı Aleksey Juravlyovdan
Məktublar

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Aleksey Juravlyovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Şadam ki, Sizin simanızda Rusiyanın etibarlı müttəfiqi vardır. Ölkələrimiz bərabərhüquqlu, etimada əsaslanan, qarşılıqlı faydalı şəraitdə strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirir və möhkəmləndirir.

Siz Azərbaycan xalqının əsl lideri, müdrik dövlət xadimi, ölkənizin milli maraqlarının beynəlxalq arenada qətiyyətli müdafiəçisisiniz.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, uzun ömür, uğurlar və firavanlıq, həmçinin Vətəniniz Azərbaycana sülh və tərəqqi diləyirəm.

Aleksey Juravlyov

Rusiya Federasiyası Dövlət Dumasının deputatı