Respublikanın rayonlarında biçin davam edir
İQTİSADİYYAT

Respublikanın rayonlarında biçin davam edir

Respublika üzrə taxıl sahələrinin 13,2 faizində biçin yekunlaşıb. Bugünədək sahələrdən 370541 ton arpa, 24237 ton buğda yığılıb. Arpa sahələrinin təxminən 33 faizində biçin başa çatıb, buğda sahələrində isə biçinə yeni start verilib. Arpa üzrə orta məhsuldarlıq 28,3 sentner təşkil edir. 12 iyun Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatda bildirilir.

Biçin prosesinin ilk başladığı rayonlardan olan Sabirabadda payızlıq əkinlər dövründə 25975 hektar sahədə taxıl əkilib. Əkin sahələrinin 13313 hektarı buğda, 12662 hektarı arpa sahələridir. Bugünədək Sabirabadda 7222 hektar sahədə biçin aparılıb, sahələrdən 28205 ton məhsul yığılıb. Hazırda rayonda taxıl üzrə orta məhsuldarlıq 39,1 sent/ha təşkil edir. Sabirabad üzrə arpa sahələrinin 60 faizində biçin yekunlaşıb. Biçinin vaxtında və itkisiz başa çatdırılması üçün “Aqroservis” ASC tərəfindən Sabirabada digər bölgələrdən əlavə kombaynlar dislokasiya edilib.

Hazırda rayonda gedən biçin prosesinə 78 kombayn cəlb olunub. Bunlardan 34 kombayn “Aqroservis” ASC-nin yerli rayon bölməsinin balansında olan kombaynlardır,

“Respublika”.