Regionda sülh və əmin-amanlığın təməl sütunu: Zəngəzur dəhlizi
Siyasət

Regionda sülh və əmin-amanlığın təməl sütunu: Zəngəzur dəhlizi

Azərbaycan 44 günlük Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa etməklə, BMT Təhlükəsizlik Şurasının illərlə kağız üzərində tətbiqini gözləyən 822, 853, 874 884 nömrəli 4 qətnaməsinin icrasını reallığa çevirdi. Prezident İlham Əliyev müdrik siyasi dəmir iradəsi ilə ona qarşı yönələn hədsiz təhdid ağır təzyiqlərə rəğmən, bütün çətinliklərə sinə gərərək icra etdiyi missiyanı uğurla başa vurdu. Mənfur düşmən Azərbaycan Ordusu qarşısında aciz duruma düşdü bununla da üçtərəfli Bəyanata imza atdı. Beləliklə, Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli Bəyanat İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini təsdiq etməklə yanaşı, regionda yeni geostrateji reallıqların yaranmasını şərtləndirdi.

Qeyd etmək lazımdır ki, sözügedən Bəyanatın 9-cu maddəsində yer alan "Bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir" ifadələri Zəngəzur dəhlizinin açılmasını özündə ehtiva edir. Zəngəzur Azərbaycana Türkiyə ilə əlaqələri daha da gücləndirmək üçün geniş imkanlar yaradacaq. Bununla həm Azərbaycan iqtisadi-siyasi, geoiqtisadi baxımdan daha da güclənəcək, həm doğma parçasından ayrı düşmüş Naxçıvan hava quru yollardakı blokadadan çıxacaq, həm xalqımızın 103 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzur torpağına yenidən qayıdışı təmin olunacaq. Cəmi 40 kilometrlik Zəngəzur dəhlizinin bərpa olunması ölkəmiz üçün yeni iqtisadi perspektivlər yaradacaq. Məhz buna görə nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsi Azərbaycanın növbəti strateji hədəfidir. Hazırda Azərbaycan tərəfindən bu istiqamətdə ciddi işlər görülməkdədir. Eyni zamanda bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gediş-gəlişi, həm yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Ümumilikdə isə işğaldan azad olunan torpaqlarda inşa olunan hər bir yol gələcəkdə icrası nəzərdə tutulan mühüm əhəmiyyətə malik hər bir layihə regionun tranzit logistik əhəmiyyətini artırmağa, bölgənin inkişafını sürətləndirməyə xidmət edəcək. Azərbaycanın yanaşması həm bundan ibarətdir ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsi regionda sülh əmin-amanlığın bərqərar olmasının da təməl sütunudur.

Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında Zəngəzurun strateji əhəmiyyətindən danışıb: "Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün…", - deyə Prezident bildirib. Ali Baş Komandanın bu fikirləri Azərbaycanın tutduğu tolerant mövqeyi bir daha əyani şəkildə göstərir.

Xüsusi vurğulamaq lazımdır ki, Zəngəzur dəhlizi təkcə Cənubi Qafqazda yox, bütün Avrasiyada böyük əhəmiyyətə malik yeni kommunikasiya xəttidir. Bu mənada Ermənistanın dəhlizlə bağlı müqavimət cəhdləri əbəsdir Azərbaycan sonda istəyinə nail olacaq. Dövlətimiz münaqişə səhifəsini bağlamağa hazır olduğunu dəfələrlə bəyan edib, bu məqsədlə bütün qonşu ölkələrin iştirakı ilə bölgədə inkişaf əməkdaşlığı təmin edən gələcəyə baxışlarını ortaya qoyub. Elə bu kontekstdə Azərbaycan tərəfindən bölgədəki bütün iqtisadi nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı əməli addımlar atılır. Ermənistan onun havadarları bilməlidirlər ki, 10 noyabr tarixli bəyanatın bütün bəndləri birmənalı olaraq tezliklə həyata keçiriləcək. Mane olan qüvvələr bəyanatın icrasının qarşısını almaq üçün heç bir nəticəyə nail ola bilməyəcəklər. 44 günlük müharibədəki Zəfərin yaratdığı reallıqlardan maksimum yararlanmaq şərtdir. Heç bir halda, bu reallıqların gətirdiyi imkanları hansısa beynəlxalq dairələrin lokal maraq mənafelərinə nəinki qurban vermək, azacıq da olsa, güzəştə getmək olmaz.

Beləliklə, tarixi torpağımız olan Zəngəzur yenidən böyük türk dünyasının birləşdirilməsi rolunu oynayacaq. Bu layihə həm tarixi aspektdən, həm müasir geosiyasi reallıqlar prizmasından, həm siyasi-iqtisadi baxımdan türk dövlətlərinin güclənməsini özündə ehtiva edir. Eyni zamanda qeyd etmək lazımdır ki, layihənin reallaşması türk dövlətlərinin beynəlxalq regional siyasi-iqtisadi proseslərdə rolunun iştirakının daha əhəmiyyətli təsirə malik olmasına xidmət edəcək.

Nuranə DAXİLQIZI,

"Respublika".