Qırğızıstanın öz bayrağının formasını dəyişmək qərarına gəlib
Türk dünyası

Qırğızıstanın öz bayrağının formasını dəyişmək qərarına gəlib

Qırğızıstan bayrağını dəyişməyə hazırlaşır.

"Respublika" xəbər verir ki, bu barədə “Sputnik”in Qırğızıstan bürosu məlumat yayıb.

Qeyd olunub ki, bayraqda edilən dəyişikliklərlə bağlı qanun layihəsi ölkə parlamentinin Konstitusiya Komitəsi tərəfindən yekdilliklə dəstəklənib.

Qanun layihəsinə parlamentin iclasında baxılacaq.

Dəyişiklik təşəbbüsünü irəli sürənlərin fikrincə, bayrağın mərkəzindəki simvolun günəbaxan bitkisinə oxşamaması üçün şüaları düz formada dəyişmək lazımdır. Bayrağın özünün rəngi dəyişmir.