Qeyri-sabit hava şəraiti sentyabrın 12-dək davam edəcək
Ekologiya

Qeyri-sabit hava şəraiti sentyabrın 12-dək davam edəcək

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 12-dək davam edəcək.

“Respublika” xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

Mərkəzin direktoru bildirib ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 9-dan 10-u səhərədək yağış yağacağı gözlənilir: “Yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Sentyabrın 10-da səhər və gündüz yarımadanın bəzi yerlərində küləyin güclənəcəyi proqnozlaşdırılır”.