Qərbi Azərbaycan İcmasında görüş
Digər xəbərlər

Qərbi Azərbaycan İcmasında görüş

İcmanın Gənclər Birliyinin ASAN könüllüləri ilə görüşü

ASAN Könüllüləri Təşkilatından bildirilir ki, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli tədbiri giriş sözü ilə açaraq İcma haqqında, təşkilatın məqsədi, hədəf və vəzifələri barədə məlumat verib.

Qayıdış Konsepsiyası barədə danışan sədr vurğulayıb ki, soydaşlarımızın öz doğma torpaqlarına qayıdışının təhlükəsiz və ləyaqətli şəkildə baş verməsi əsas şərtdir.

Sonra Qərbi Azərbaycan İcması Gənclər Birliyinin sədri, Milli Məclisin deputatı Ramin Məmmədov çıxış edərək Qərbi Azərbaycan həqiqətlərinin çatdırılmasında Gənclərin rolunun önəmli olduğunu, çıxış etdikləri bütün platformalarda bu barədə məlumat vermələrinin vacibliyini vurğulayıb. İcmanın Gənclər Birliyi sədrinin müavini, Milli Məclisin deputatı Kamal Cəfərov təqdimatla çıxış edərək Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın pozulan hüquqlarından, onların geri qayıdışı ilə bağlı Qayıdış Konsepsiyasında cızılan konturlardan danışıb.

"ASAN Könüllüləri" Təşkilatının sədri Emiliya Bayramova çıxışında bildirib ki, Qərbi Azərbaycan ümummilli məsələdir və bu gün gənclərimizin bu istiqamətdə olan marağı böyükdür. Emiliya Bayramova vurğulayıb ki, gənclər soydaşlarımızın öz torpaqlarına geri qayıdışı, onların tapdanan hüquqlarının bərpası prosessində fəal rol oynamağı öz mənəvi borcu bilir və buna can atırlar.

“Respublika”.