Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı layihələr inkişafa və rifaha xidmət edir
Region

Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı layihələr inkişafa və rifaha xidmət edir

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbədən sonra qarşıda duran ən ali vəzifə azad olunan ərazilərin qısa zamanda bərpa yenidən qurulması, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış insanların öz doğma yurdlarına qayıdışının təmin edilməsidir. Bu istiqamətdə misli görünməmiş işlər uğurla həyata keçirilir. Azad edilmiş ərazilərdə müharibədən dərhal sonra abadlıq işlərinə başlanılıb hazırda proses sürətlə davam etdirilir.

Prezident İlham Əliyev müharibə bitən kimi bölgələrə mütəmadi səfərlər etməklə bir çox layihələrin həyata keçirilməsinə göstəriş verdi. Hər səfər yeni infrastruktur layihələrin icrasına başlanması, təməlqoyma mərasimlərinin keçirilməsişəhərlərin baş planlarının təsdiq olunması ilə müşahidə olunur. Bunların hər biri onu göstərir ki, Azərbaycan dövləti, Prezident, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi dövründə göstərdiyi qətiyyəti bərpa-quruculuq işlərində nümayiş etdirir.

Hazırda davam edən proses cənab Prezidentin daim nəzarətindədir. Çətin coğrafi relyefə baxmayaraq, "Azərenerji" "Azərişıq" tərəfindən ərazilərimizin elektrikləşdirilməsi istiqamətində  layihələr icra olunur. Yeni yarımstansiyalar, rəqəmsal stansiyalar tikilir.

Bu gün Qarabağ Şərqi Zəngəzurda reallaşdırılan layihələr - yaşayış məntəqələri, avtomobil dəmir yolları, körpülər, tunellər, su anbarları, içməli su xətləri sosial-iqtisadi infrastrukturların yaradılması dünyanın da diqqətini cəlb edir. Həyata keçirilən məqsədyönlü genişmiqyaslı layihələr Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına davamlı iqtisadi aktivliyin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün etibarlı bünövrə yaradır.

Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da Şuşadan xalqa müraciətində demişdir: "Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23- Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə mülki missiyamızı - bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik".

Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdış"a dair I Dövlət Proqramı"nda işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri mövcud vəziyyət, hədəflənən məqsədlər, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Dövlət tərəfindən Böyük Qayıdış planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib.

Azərbaycan bu gün Qarabağ Şərqi Zəngəzurda möcüzələr yaradır. 30 il ərzində erməni barbarlarının dağıdıb viranə qoyduğu yurd yerlərimiz başdan-başa tikinti-quruculuq meydanına çevrilib, cəmi iki il yarım əvvələ qədər bir həyat nişanəsi belə tapmaq mümkün olmayan ərazilərimizdə həyat yenidən məcrasına qayıdırİşğaldan azad edilən yurdlarımız gündən-günə dirçəldilir, müasir infrastruktur qurulur, "ağıllı kənd", "ağıllı şəhər"lər salınır. Artıq Qarabağ Şərqi Zəngəzur nəhəng tunellərin çəkildiyi, dünya miqyaslı dəhlizlərin salındığı, beynəlxalq hava limanlarının tikildiyi, meqalayihələrin gerçəkləşdirildiyi unikal məkana çevrilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Qarabağ Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq layihələri xalqımızı tərəqqiyə, daha parlaq gələcəyə istiqamətləndirir. Sözsüz ki, Prezidentimizin dönməz iradəsi bu prosesi uğurla başa çatdırmağa imkan verəcək.

Uğurlar sevindirici, hədəflər isə irimiqyaslıdır. Böyük perspektivlər geniş imkanlar Azərbaycana əzəmətli nailiyyətlər qazandıracaq. Son 3 ildə Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə yenidənqurma bərpa işlərinə 6,6 milyard ABŞ dollarından çox vəsait ayırır. Bunu maliyyə naziri Samir Şərifov mayın 4- Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 56- İllik Toplantısının rəsmi açılış mərasimində bildirib.

Maliyyə naziri çıxışında Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa yenidənqurma işlərindən danışıb. Bildirib ki, işğaldan azad edilmiş ərazilərdə nəqliyyat dəhlizlərinin inkişafı regional əməkdaşlıq inteqrasiya səylərinə böyük təkan verəcək bununla da regionda uzunmüddətli sülh tərəqqiyə nail olunacaq. Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji zonalarının bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi üçün böyük potensial var gələcəkdə Avropaya, o cümlədən region ölkələrinə enerji təchizatının həyata keçirilməsində Azərbaycan əhəmiyyətli rol oynayacaq.

Beləliklə,   doğma Qarabağımız cənnətə çevriləcək. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tədbirlərin sürətlə aparılması bunu deməyə əsas verir.

M.MİRZƏ,

"Respublika".