Polşa daha 2 min hərbçini Belarusla sərhədə göndərir
Dünya xəbərləri

Polşa daha 2 min hərbçini Belarusla sərhədə göndərir

Polşa Belarusla sərhədə qeyri-qanuni keçidləri dayandırmaq və sabitliyi qorumaq üçün sərhəd xidmətinin tələbindən iki dəfə çox - 2000 əsgər göndərəcək.

"Respublika" xəbər verir ki, bu barədə Polşa daxili işlər nazirinin müavini Maçey Vonsik bildirib.

Xatırladaq ki, Polşa Sərhəd Xidmətinin komandiri Tomaş Praqa miqrantların sərhədi qanunsuz keçməsinə görə Polşa-Belarus sərhədinə daha min əsgərin köçürülməsi ilə bağlı Milli Müdafiə Nazirliyinə müraciət etmişdi.

Nəzrin ELDARQIZI,

"Respublika".