Parisdə Azərbaycan və Fransa parlamentləri arasında əlaqələr müzakirə olunub
Siyasət

Parisdə Azərbaycan və Fransa parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Pyer Vatənlə (Pierre Vatin) görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə dostluq qrupunun üzvləri iştirak ediblər.

Tərəflər iki ölkənin parlamentləri arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.