Pakistan dünyada ədalətli mövqeyi ilə tanınır
Digər xəbərlər

Pakistan dünyada ədalətli mövqeyi ilə tanınır

Tərəddüd etmədən deyə bilərik ki, bu gün dünyada Azərbaycana ən yaxın dost olan ölkələrdən biri Pakistandır. Bu ölkə hər zaman Azərbaycana dəstək verib. Öncə onu qeyd edim ki, Pakistan ölkəmizin müstəqilliyin tanıyan, diplomatik əlaqələr quran Bakıda səfirlik açan ilk ölkələrdən biridir. Hər zaman bizimlə səmimi münasibətdə olub, Azərbaycanın haqq işinə dəstək verərək, ədalətli mövqeyini beynəlxalq səviyyədə müdafiə edib. Eləcə məhz Azərbaycan ərazisinə təcavüz etdiyi üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb, həm rəsmən işğalçı ölkəni bir dövlət kimi tanımayıb. Bu, qardaş Pakistanın dövlət siyasətinin haqq ədalətə söykəndiyinin təcəssümüdür.

Azərbaycanın parlaq qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində Pakistan birmənalı şəkildə rəsmən Azərbaycanın yanında olduğunu bəyan etdi. Bu ölkənin kütləvi informasiya vasitələri, demək olar ki, hər gün müharibənin gedişi ilə bağlı məlumatlar verir, həqiqəti ölkə dünya ictimaiyyətinə çatdırırdılar. Bu qardaş dəstəyini hər bir azərbaycanlı görür, buna minnətdarlıq əlaməti olaraq ölkəmizin hər yerində Pakistanın bayrağı bizim bayraqla birgə dalğalandırılırdı. Əminliklə ifadə edə bilərik ki, Azərbaycan-Pakistan əlaqələri bir çox sahələri əhatə etməklə daim yüksələn xətlə inkişaf yolu tutub, bu münasibətlər hər iki ölkənin xarici siyasətində prioritet təşkil edib, həm ikitərəfli, həm çoxşaxəli xarakter daşıyıb.

Etiraf edək ki, hazırda dünyada gərginlik xeyli artıb, proseslərin mürəkkəbliyi getdikcə dərinləşir, yeni-yeni ittifaqlar, bloklar yaranır. Belə bir məqamda böyük hərbi gücü olan, iqtisadi imkanları getdikcə genişlənən Pakistanla əlaqələrimizin inkişafı son dərəcə önəmlidir. İnanırıq ki, qardaş ölkənin Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri, keçirilən görüşlər, aparılan müzakirələr mövcud əlaqələrimizi daha da möhkəmləndirəcək, yeni sahələr üzrə əməkdaşlığa geniş imkanlar açacaq. Səfər çərçivəsində  ticarət sərmayə, enerji, müdafiə sənayesi sahələrində əməkdaşlığa xüsusi diqqət yetirilib. Bu da, təbii ki, qeyd olunan sahələrdə əlaqələrin inkişafını nəzərdə tutur bunun üçün potensial xeyli yüksəkdir.

O ki qaldı hərbi təlimlərlə bağlı, bunun önəmini dövlətimizin başçısı cənab İlham Əliyev xüsusi olaraq qeyd etdi təlimlərin sayının artırılması nəzərdə tutulub. Məlumdur ki, Azərbaycan, Türkiyə Pakistan hərbçiləri mütəmadi təlimlər keçir, döyüş qabiliyyətlərini artırırlar. Təbii ki, bu da dövlətlərimizin müdafiə qüdrətinin artırılması, müstəqilliyin ərazi bütövlüyünün qorunması, təhlükəsizliyin təmin olunması baxımından müasir dövrdə xüsusi önəm kəsb edir.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları

Konfederasiyasının (AHİK) sədri,

Milli Məclisin deputatı.