Orta Dəhliz
Siyasət

Orta Dəhliz

Azərbaycan bu genişmiqyaslı layihənin icrası üçün üzərinə düşən öhdəlikləri uğurla yerinə yetirir

"...Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik iqtisadi bacarıq məsələləri, əlbəttə ki, müzakirə olunmalıdır. Əlbəttə, təhlükəsizlik iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq mümkün olmayacaq. Təbii ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir... Orta Dəhlizin bir hissəsi olan hər bir ölkənin daxildə etdikləri vacibdir. Başqa sözlə desək, fiziki nəqliyyat logistika infrastrukturunu yaratmaq üçün onlara aid ev tapşırığının yerinə yetirilməsi səviyyəsinin yerdə olması da vacibdir...".

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci il noyabrın 25- Bakıda keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda bildirib.

İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu müdafiə potensialının gücləndirilməsi məsələsi əsas vəzifə olaraq qalır. Təbii ki, Qarabağın Şərqi Zəngəzurun bərpası məsələsi qarşıda duran əsas vəzifələrdəndir. İndi dünya miqyasında bir çox yerlərdə iqtisadi, siyasi, hərbi böhranın hökm sürdüyü bir vaxtda Azərbaycan öz dövlət büdcəsini artırmaqdadır. Bu isə Qarabağ Şərqi Zəngəzurda abadlıq, quruculuq işlərinin həcminin artırılmasına imkan verir. Hazırda işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin icrası, dəmir, avtomobil yolları, elektrik enerjisi, su təchizatı, meliorativ tədbirlərlə bağlı olan bütün layihələr plan üzrə gedir. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava limanının inşası davam edir. Keçmiş məcburi köçkünlərin bu ilin sonuna qədər Laçın şəhərinə qayıdışı proqnozlaşdırılır. Eyni zamanda qanunsuz olaraq məskunlaşma siyasəti aparılan Zabux Sus kəndlərində quruculuq işləri gedir. İlin sonuna qədər keçmiş köçkünlər o kəndlərə qaytarılacaq.

Şuşa şəhərində birinci yaşayış kompleksi uğurla inşa edilir. Yaxın zamanlarda ikinci böyük yaşayış kompleksinin təməli qoyulacaq. Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası da plan üzrə davam edir, Kəlbəcər Cəbrayıl şəhərlərində isə buna hazırlıq işləri görülür. Bununla paralel olaraq məktəblər, xəstəxanalar, sosial obyektlər, məscidlər tikilir. Çünki demək olar, bütün məscidlər ermənilər tərəfindən yerlə-yeksan edilmişdir. Bir sözlə, işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri çoxşaxəli şəkildə davam etdirilir.

Beləliklə, dünyada qlobal problemlərin mövcud olduğu bir məqamda, enerji təhlükəsizliyi ilə bağlı çatışmazlıqları aradan qaldırmağa çalışan dövlətlərin enerji, nəqliyyat, infrastruktur layihələrinin həllinə daha diqqətlə yanaşmaları zərurətə çevrilir. Dünyanın siyasi müstəvisində ilk sırada dayanan Orta Dəhliz layihəsinin reallaşdırılması da zərurət kimi qarşıda dayanır.

Açıq dənizə, okeanlara çıxışı olmayan Azərbaycan Avropa ilə Asiyanın arasında yerləşir ki, bu da ölkəmizin coğrafi mövqe baxımından üstünlüyünü təmin edir. İki qitə arasında yerləşmək ölkəyə həm bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Uzun illər sərf edilən gərgin əməyin, sərmayə qoyuluşunun sayəsində yaradılan infrastruktur, qurulan dəmir yolu əlaqələri Azərbaycanı dünya ölkələri üçün daha cəlbedici edir. Beş il bundan əvvəl tərəfdaşlarımızla birlikdə istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu artıq özünü doğruldub, hazırda bu dəmir yolunun Gürcüstan hissəsinin genişləndirilməsi istiqamətində görülür. 100 milyon ABŞ dollarından daha baha başa gələcək bu layihənin ən qısa zamanda başa çatdırılması planlaşdırılır. Eyni zamanda o, Şimal-Cənub Şərq-Qərb dəhlizlərinə sinerji əlavə edəcək. Azərbaycan hər iki dəhlizin iştirakçısıdır bu dəhlizlərlə bağlı əksər nəqliyyat logistika infrastrukturu da hazırdır. Hazırda Azərbaycan qatarların, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikir, eyni zamanda nəqliyyat infrastrukturuna, xüsusilə hava ilə yükdaşımaları infrastrukturuna sərmayələr yatırır. Bununla bağlı dövlət başçısı deyib: "Bizim nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanımız 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Çünki buna zərurət var, çünki dünyada yeni geosiyasi vəziyyət mövcuddur Azərbaycandan daha çox yüklərin daşınmasına zərurət var. Həmçinin biz hava limanları layihələrinin tamamlanması prosesindəyik. Laçın hava limanı hazır olandan sonra, - hansı ki, işğaldan azad edilmiş ərazilərdə üçüncü hava limanı da olacaq, - Azərbaycanda beynəlxalq hava limanlarının sayı doqquza çatacaq. Əlbəttə ki, bu, təkcə sərnişin daşımaları üçün yox, həm yükdaşımaları üçündür".

Prezident İlham Əliyev, həmçinin hazırda daha sərfəli, qitələri birləşdirən nəqliyyat layihələri arasında coğrafi əhatəsinə görə seçilən Zəngəzur dəhlizinin əhəmiyyətini bütün səviyyələrdə diqqətə çatdırır. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan bölgədə yaratdığı reallıqlarla Avrasiyanın geoiqtisadi xəritəsində beynəlxalq nəqliyyat sisteminin yenidən formalaşdırılması tələbatını aktuallaşdırıb. Xüsusilə, Mərkəzi Asiya ölkələri dünya iqtisadiyyatına inteqrasiyanı, yeni bazarlara ən faydalı, səmərəli çıxışı təmin etmək üçün Zəngəzur dəhlizindən istifadəyə daha çox üstünlük verirlər. Zəngəzur dəhlizi Orta Dəhlizin coğrafi mərkəzi, Orta Dəhliz isə təhlükəsizlik sisteminin əsas nəqliyyat arteriyasıdır.

Zümrüd QURBANQIZI,

"Respublika".