MİQ üzrə ən yüksək nəticə toplayan müəllimlərin adı açıqlanıb
Elm və təhsil

MİQ üzrə ən yüksək nəticə toplayan müəllimlərin adı açıqlanıb

İyulun 11-də keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində ən yüksək balı toplayan müəllimlərin adı açıqlanıb.

"Respublika" xəbər verir ki, bu barədə Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən bildirilib. Qeyd olunub ki, test imtahanı mərhələsində kimya fənni üzrə ən yüksək balı Vüsal Novruzov (100/93,75), Rəqsanə Həsənova (110/95) və Yaşar Qarayev Kimya (100/90,5) toplayıb.

Fiziki tərbiyə fənni üzrə ən yüksək balı Xəqani Şahverdiyev (100/86,25), Şövqi Ömərli (100/86.25), Sevinc Əlizadə (100/84,5) və Nuranə Əzizova (100/84,5), riyaziyyat fənni üzrə ən yüksək balı Süleyman Bağırov (100/88,75), Emin Əlizadə (100/85) və Aytac İbrahimli (100/85) toplayıb.

Xatırladaq ki, imtahanların ilk seansına riyaziyyat fənni üzrə 4 min 400, ikinci seansına isə fiziki tərbiyə və kimya fənləri üzrə 5430 namizəd dəvət olunub.

Əlli səkkiz minə yaxın namizədin iştirak etdiyi test imtahanları iyulun 11-dən 15-dək ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilir.

Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində isə ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.