Milli oftalmologiya elmini dünyada tanıdan böyük alim
Region

Milli oftalmologiya elmini dünyada tanıdan böyük alim

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı, Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının və Masallı Rayon Mərkəzi Xəstəxana publik hüquqi şəxs ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Milli oftalmologiya elmini dünyada tanıdan Böyük alim” adlı tədbir keçirilib.

 Ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq, alim Zərifə xanım Əliyevanın və Azərbaycanın ərazi  bütövlüyü uğrunda  canlarını qurban vermiş  şəhidlərin  xatirəsi bir dəqiqəlik sükutla  yad edilən tədbirdə  YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev giriş sözündə bildirib ki,  Zərifə xanım Əliyeva qədirbilən xalqımızın, qohum və doğmalarının yaddaşında görkəmli ziyalı, elm xadimi, gözəl insan, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana, bənzərsiz vətəndaş kimi qalıbdır. Ömrünü insanların sağlamlığının qorunmasına vermiş Zərifə xanım hər zaman hamı tərəfindən sevilir, əziz xatirəsi ehtiramla yad olunur.

Zəfər  ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.