Mətbuat və söz azadlığı cəmiyyət və dövlətin demokratik inkişaf göstəricisidir
Digər xəbərlər

Mətbuat və söz azadlığı cəmiyyət və dövlətin demokratik inkişaf göstəricisidir

1991-ci il mayın 3- Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşmış media işçiləri azad müstəqil informasiya vasitələrinə rəhbər olmaq məqsədilə bütün dünya dövlətlərini mətbuatın azadlığının demokratikliyinin təminatına yardımçı olmağa çağıran Vindhuk Bəyannaməsini qəbul etdilər. Bunun nəticəsi olaraq BMT Baş Məclisi 1993- ildə mayın 3- Beynəlxalq Söz Mətbuat Azadlığı Günü elan etmişdir.

Söz mətbuat azadlığı demokratiyanın əsas prioriteti hesab olunur. Belə ki, söz azadlığının olmadığı ölkələrdə insan hüquqlarının pozulması hallarına daha çox rast gəlinir. Hüquqi dövlət vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinin təmin edilməsidir. Müasir dövrdə mətbuat söz azadlığı cəmiyyətin dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir.

Azərbaycanda söz azadlığının bərqərar olunması onun əsas daşıyıcısı olan müstəqil mətbuatın yaradılması ümummilli lider Heydər Əliyevin siyasi dövlətçilik fəaliyyəti ilə birbaşa bağlıdır. Ulu öndər mətbuatı demokratiyanın əsas prinsipi kimi dəyərləndirmişdir. Mətbuat sahəsinin inkişafına xüsusi diqqət yetirən Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli "Azərbaycan Respublikasında söz, fikir mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı imzalaması ölkəmizdə söz, fikir mətbuat azadlıqlarının təminatına əlverişli şərait yaratmışdır. Məhz senzuranın ləğvini özündə ehtiva edən, mətbuatın inkişafını, vətəndaşların beynəlxalq hüquq normalarını Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat fikir azadlığını təmin edən fərman medianın uğurlu inkişafının əsasını təşkil edir. 1999-cu il dekabrın 7- qəbul olunan "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu isə bu sahədə fəaliyyəti tənzimləyən əsas hüquqi sənəd olmuş, Azərbaycan Respublikasının Konstitusiyasında söz, fikir mətbuat azadlığı öz təsdiqini tapmışdır. Ulu öndər deyirdi: "Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. O, həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli səfərbər etməlidir".

Avropada XV əsrdə yaranan senzura söz, mətbuat azadlığı, televiziya digər informasiya vasitələrinin dövlət, ictimaiyyət başqa ictimai müəssisələrin maraqlarına uyğun məhdudlaşdırma forması olaraq bilinir. Senzura həm əvvəlcədən hər hansı verilişin, məlumatın, informasiyanın, musiqinin digər məlumatın ictimailəşdirilməsindən əvvəl nəzərdən keçirilməsi yalnız bundan sonra nümayişinə, çapına, nəşrinə, dinlənilməsinə s. icazə verilməsi, həm verilişin, filmin, kitabın, musiqinin cəmiyyətə çatdırılmasından sonra onun nəzərdən keçirilməsi ilə xarakterizə olunur. Sovet imperiyasının qadağaları qarşısında Azərbaycanda həm mətbuatın, həm incəsənətin müxtəlif növlərinin yayımında çox ciddi maneələr var idi. Sovet dövrünün əsas senzura orqanı sayılan, istənilən azad təşəbbüsə qarşı olan "Qlavit"in icazəsi olmadan heç bir nəşr çapdan çıxa bilməzdi. Senzuranın tələblərinə SSRİ- daxil olan ölkələrin hamısı əməl etməyə məcbur idi. Təsadüfi deyil ki, 1937-ci il repressiyasında Azərbaycanın dəyərli ziyalılarının böyük bir qismi məhz senzuranın qurbanı olmuşdur.

12 yanvar 2021-ci il tarixində imzalanmış Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanın nəticəsi olaraq ölkədə Medianın İnkişafı Agentliyi yaradıldı. Qlobal informasiya mühitinin tələblərinə uyğun olaraq modernləşmə qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı fəaliyyət prinsipi digər mühüm şərtləri özündə birləşdirən fərman auditoriyaların peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətin stimullaşdırılması üçün əlverişli şərait yaratmış oldu. Mediada ardıcıl islahatların aparılması ölkə başçımızın "Media haqqında" Qanunun tətbiqi bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə" Fərmanı ilə daha da diqqət mərkəzində saxlanıldı. Fərmanın müddəalarına əsasən yaradılan Media Reyestri onun fəaliyyətinin təmin olunması, media savadlılığı müxtəlif tendensiyaları özündə birləşdirir. 14 oktyabr 2022-ci il tarixindən etibarən fəaliyyətə başlayan Reyestrin medianın inkşafındakı rolu danılmazdır. Media Reyestri İnformasiya Sisteminin proqram təminatının formalaşdırılması prosesinin uğurla həyata keçirilməsi bunu deməyə əsas verir.

Dünya Mətbuat Azadlığı Günü Azərbaycanda yüksək fəallıqla dəstəklənir. Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi, söz mətbuat azadlığı kimi məsələlərə xüsusi önəm verilməsi, azad sözün cəmiyyət həyatında üstün yer tutması, maneəsiz yayılması beynəlxalq məkanda xüsusi olaraq diqqət mərkəzində saxlanılır. Təsadüfi deyil ki, bu gün Azərbaycan medianın inkişafına görə MDB Şərqi Avropa ölkələri arasında xüsusi yer tutur. Ölkədə dövlət qeydiyyatına alınmış media agentliklərinin, xeyli sayda jurnalist təşkilatları ictimai birliklərin fəaliyyəti bunun əyani sübutudur. Bütün bunlar mətbuatın inkişafına dövlət tərəfindən göstərilən diqqət qayğının nəticəsidir.

Nurlan ABDALOV,

"Respublika".