Malayziyalı parlamentari: Seçkilərin dinc şəraitdə keçməsi Azərbaycan xalqının demokratik proseslərin tərəfdarı olduğunu göstərir
Siyasət

Malayziyalı parlamentari: Seçkilərin dinc şəraitdə keçməsi Azərbaycan xalqının demokratik proseslərin tərəfdarı olduğunu göstərir

Fevralın 8-də Malayziya parlamentinin müşahidə missiyası Azərbaycanda növbədənkənar prezident seçkilərinin ilkin yekun nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Malayziya Senatının sədr müavini Nur Cazlan Mohammad Bakı şəhərində 5 məntəqədə və Bilgəh qəsəbəsində seçkini müşahidə etdiklərini vurğulayıb.

"Seçkilər bütövlükdə rəvan keçdi və heç kimin səsvermə hüququna müdaxilə edilmədi. Seçkilərin beynəlxalq standartlara uyğun keçirildiyi qənaətindəyik. Seçkilər dinc şəraitdə keçdi və bu, bizdə yüksək təəssürat yaratdı. Bu onu göstərir ki, Azərbaycan xalqı demokratik proseslərin və dinc şəraitdə yaşamağın tərəfdarıdır", - deyə o qeyd edib.