Kraliça Elizabet ölümünün birinci ildönümündə anılıb
Dünya xəbərləri

Kraliça Elizabet ölümünün birinci ildönümündə anılıb

İngiltərə kraliçası II Elizabet vəfatının birinci ildönümündə Kral III Çarlz, baş nazir Rişi Sunak və hökumət rəsmiləri bəyanatla çıxış ediblər. Ölkə daxilində bununla bağlı anım tədbirləri keçiriləcək.

"Respublika" bu barədə "TRT Haber"-ə istinadən xəbər verir.

“Kraliçanın ölümünün və mənim taxta çıxmağımın birinci ildönümündə biz onun uzun ömrünü, xidmətə sadiqliyi və hamımız üçün nə demək olduğunu xatırlayırıq" - deyə, Kral bildirib.

Kral Çarlz ötən il ona və həyat yoldaşı Kraliça Kamillaya göstərilən sevgi və dəstəyə görə xalqına təşəkkür edib.

Nurcan SÜLEYMANOVA,

"Respublika".