“İzvestiya”: Azərbaycan və BƏƏ enerji sahəsində əməkdaşlığı müzakirə edirlər
Diaspora

“İzvestiya”: Azərbaycan və BƏƏ enerji sahəsində əməkdaşlığı müzakirə edirlər

“İzvestiya” yazır ki, Əbu-Dabidə Azərbaycanın energetika naziri ilə BƏƏ-nin Sənaye və Qabaqcıl Texnologiyalar Nazirliyinin rəhbəri arasında görüş keçirilib. Energetika naziri Pərviz Şahbazov Əbu-Dabidə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Avropa Enerji Qrupunun direktoru Qrzeqorz Zielinski ilə görüşüb. Görüşdə enerji sektorunda Bankla əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub. AYİB ilə bərpa olunan enerji potensialının artırılması, şəbəkənin təkmilləşdirilməsi, enerji səmərəliliyi, aşağı karbonlu iqtisadiyyat və “Qaradağ” GES-in maliyyələşməsi üzrə əməkdaşlığın “yaşıl enerji” keçidinə töhfə verdiyi bildirilib. Günəş enerjisi üzrə ilk hərracın keçirilməsi ilə bağlı proseslərə tezliklə başlanacağı deyilib. Azərbaycan (Naxçıvan)-Türkiyə-Avropa enerji xətti, Xəzər-Qara dəniz-Avropa “yaşıl enerji” dəhlizi layihələri, 1 QVt gücündə günəş-külək enerjisi stansiyalarının şəbəkəyə qoşulması, enerji sisteminin modernləşdirilməsi ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib. Söhbət zamanı “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək” layihəsi çərçivəsində müvafiq sahədə qanun layihəsinin hazırlanması ilə əlaqədar son vəziyyətlə bağlı müzakirələr aparılıb. Həmçinin COP29 çərçivəsində enerji sahəsində fəaliyyət planları nəzərdən keçirilib.

Nurcan SÜLEYMANOVA,

“Respublika”.