İsrailin müdafiə naziri Bakıdan paylaşım edib:
Siyasət

İsrailin müdafiə naziri Bakıdan paylaşım edib: "Azərbaycana səfərim qısa və uğurlu oldu"

İsrailin müdafiə naziri Yoav Qallant Bakının Dənizkənarı Bulvarından paylaşım edib.

“Respublika” xəbər verir ki, o, bulvarda səhər qaçışına çıxıb.

“Bakıdan sabahınız xeyir”, - deyə nazir öz şəxsi "twitter" hesabında yazıb.

Y.Qallant Azərbaycana səfərinin qısa və uğurlu olduğunu bildirib.

Qeyd edək ki, Y.Qallant Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevin qəbulunda olub. O, həmçinin müdafiə naziri general-polkovnik Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevlə görüşüb.

Görüşlərdə iki ölkə arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.