İsmayıllı rayonunda polis əməkdaşına qarşı zor tətbiq edən şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib
Digər xəbərlər

İsmayıllı rayonunda polis əməkdaşına qarşı zor tətbiq edən şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib

İyulun 24-də İsmayıllı şəhəri Nizami küçəsində rayon polis şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan və istintaqı aparılan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

İsmayıllı Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, istintaqla rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin yol patrul xidməti inspektoru Bəhram Bəhramlının İsmayıllı şəhərində xidmət apardığı zaman "BMW X5" markalı 90-MP-065 dövlət qeydiyyat nişanlı avtomobili qayda pozuntusuna yol verildiyinə görə dayandırdıqda sürücü Ruslan Maxsudovun avtomobildən enərək B.Bəhramlıya müqavimət göstərməklə onun xidməti geyim formasını cırdığı, həmçinin əlləri ilə üz və boyun nahiyəsinə zərbələr endirərək dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirdiyi müəyyən olunub.

Ruslan Maxsudov Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

AZƏRTAC