İqor Qrosu: Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpası üçün çox gözəl potensialı var
Diaspora

İqor Qrosu: Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpası üçün çox gözəl potensialı var

Moldova dövləti Azərbaycanda baş verən hadisələri diqqətlə izləyir. Moldova və Azərbaycan dövlətləri təəssüf ki, tanınmamış ərazilər və separatizmlə bağlı tarixi təcrübəyə malikdir. Moldova Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında Azərbaycanın Qarabağ bölgəsində apardığı lokal antiterror tədbirlərini şərh edərkən Moldova parlamentinin sədri İqor Qrosu söyləyib.

"Azərbaycanın işğaldan azad edilən ərazilərin bərpası üçün çox gözəl potensialı var. Bunun üçün zamana ehtiyac var, ancaq Azərbaycan dost, qonşu ölkələrin və beynəlxalq ictimaiyyətin dəstəyi ilə buna nail olacaq", - deyə spiker əlavə edib.

İ.Qrosu vurğulayıb ki, Moldovanın Avropaya inteqrasiyası yaxın vaxtlarda onun da ərazi bütövlüyünün bərpasına töhfə verəcək.