İnsan SAĞLAMLIĞINA DİQQƏT VƏ QAYĞI NÜMUNƏSİ
Digər xəbərlər

İnsan SAĞLAMLIĞINA DİQQƏT VƏ QAYĞI NÜMUNƏSİ

XX əsrin ikinci yarısından etibarən ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda mütərəqqi müasir islahatlar həyata keçirildi. Bütün sahələrdə olduğu kimi, tibb elmi, tibb təhsili səhiyyə sistemində mövcud durğunluğun aradan qaldırılmasına nail olundu. Bu gün ölkənin səhiyyə sahəsində geniş, məqsədyönlü islahatlar aparılır, bu sahənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq müəyyənləşdirilir. Gəncə şəhərində səhiyyəyə diqqət qayğı yetərincədir. Bütün tibb müəssisələri təmir olunmuş, yeni müasir xəstəxanalar inşa edilmiş, özəl klinikalar fəaliyyətə başlamışdır. Ən müasir tibbi avadanlıqlar, laboratoriyalar yüksək xidmət xəstələri razı salır. Uzun müddət Psixonevroloji Dispanserin baş həkimi vəzifəsində çalışan Tərlan Hüseynova ilə həmsöhbət olduq.

Ümummilli lider qədim tarixə, zəngin ənənələrə malik olan Azərbaycan tibb elminin hərtərəfli sürətli inkişafı üçün müstəsna xidmətlər göstərmişdir. Əhalinin sağlamlığının təmin olunmasına xüsusi diqqət qayğı ilə yanaşan Heydər Əliyevin təşəbbüsü rəhbərliyi ilə respublikamızda yüzlərlə tibb müəssisəsi müasir standartlara uyğun inşa edilərək xalqın ixtiyarına verilmişdir. Gəncə şəhərində səhiyyəyə xüsusi diqqət göstərilir.

Gəncə şəhər Psixonevroloji Dispanserdə çalışan hər bir tibb işçisi gecə-gündüz xəstələrin xidmətindədir.

Son illər Azərbaycanda səhiyyə sahəsində uğurlu islahatlar aparılır. Yeni xəstəxanaların inşası, bərpa mərkəzlərinin istifadəyə verilməsi, tibbi laboratoriyaların, özəl tibbi müəssisələrin açılması geniş vüsət almışdır. Bu müəssisələr ən müasir avadanlıqlarla təmin edilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin qoyduğu ənənələrə uyğun olaraq səhiyyə sahəsində geniş islahatlar proqramı üzrə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində pulsuz tibbi xidmətin spektrinin genişləndirilməsi, dərmanların keyfiyyətinə nəzarətin gücləndirilməsi, səhiyyənin statistik məlumat xidməti bazasının təkmilləşdirilməsi digər məsələlər öz həllini tapmışdır. Bütün bunlar əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşmasına imkan verir. Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət nəticəsində ölkədə səhiyyənin inkişafında yeni mərhələnin əsası qoyulmuşdur. Son illər səhiyyə müəssisələrində yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları digər tədbirlər respublikamızda bu sahənin dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradır. Gəncədə regionlarda möhtəşəm diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətini təşkil edir. Köklü islahatlar, dünya səhiyyəsinə inteqrasiya, peşəkar kadrların hazırlanması əhalinin dövlət tibb müəssisələrinə olan inamını daha da artırır. Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər böyük razılıq rəğbət doğurur.

Yeni növ koronavirus (COVID-19) pandemiyası 44 günlük Vətən müharibəsi dövründə ölkəmizin tibb işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm döyüş cəbhəsində yaralanan əsgərlərin həyata qaytarılmasında böyük fədakarlıq nümunəsi göstərdilər. Onların birgə səyi ilə son vaxtlar infeksiyaya yoluxanların sayı əhəmiyyətli dərəcədə azalıb. Ümumiyyətlə, Azərbaycan MDB ölkələri arasında bu sahədə ən yaxşı göstəriciyə malikdir.

Böyük fəxarət hissi ilə deyə bilərik ki, ulu öndərin ideyaları uğurla həyata keçirilir. Biz bu böyük əməllərin sahibini heç vaxt unutmayacaq, onu həyat davam etdikcə yaşadacağıq.

Zabit XƏLİLOV,

"Respublika".