İkinci dünya müharibəsi iştirakçəlarına birdəfəlik maddi yardımlar ödənilib
Sosial həyat

İkinci dünya müharibəsi iştirakçəlarına birdəfəlik maddi yardımlar ödənilib

Prezident İlham Əliyevin 2 may 2024-cü il tarixli Sərəncamına əsasən, 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına və Sərəncamda nəzərdə tutulan digər şəxslərə birdəfəlik maddi yardımların ödənişi həyata keçirilib.

Sərəncama uyğun olaraq, İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2000 manat ödənilib. İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına isə 1000 manat məbləğində birdəfəlik maddi yardım verilib.

Ümumilikdə, sərəncam 2946 şəxsi əhatə edib ki, onlardan 29-u İkinci Dünya müharibəsi iştirakçısı, qalanları digər kateqoriyalara aid şəxslərdir.

"Respublika".