ABŞ-ın Azərbaycanla 30 ildə əməkdaşlıq əlaqələri genişlənib, şaxələnib.
AZƏRTAC xəbər verir ki, bunu iyunun 23-də ABŞ-ın Müstəqillik Günü ilə bağlı Bakıda keçirilən tədbirdə Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara deyib.
O, ABŞ-Azərbaycan münasibətlərindən söz açaraq, bu əməkdaşlığın indi də müxtəlif istiqamətlərdə davam etdiyini vurğulayıb.