Digər xəbərlər

"Heydər Əliyev və Azərbaycan həmkarlar ittifaqları"

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən xalqımızın xilaskar oğlu ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə "Heydər Əliyev Azərbaycan həmkarlar ittifaqları" mövzusunda tədbir keçirilib.

Öncə AHİK-in rəhbərliyi kollektivi, həmçinin üzv təşkilatların rəhbərləri əməkdaşları Fəxri Xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil gül dəstələri qoyublar.

Ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Həmçinin iştirakçılar görkəmli dövlət xadimi Əziz Əliyevin tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə gül dəstələri düzüblər.

Sonra Bakı Konqres Mərkəzində tədbir başlayıb.

Prezident Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə İş üzrə Kommunikasiya şöbəsinin əməkdaşı Əli Pənahov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov tədbirdə iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səslənib. Ardınca ümummilli liderin siyasi fəaliyyətindən həmkarlar ittifaqlarına göstərdiyi diqqət qayğıdan bəhs edən videoçarx nümayiş olunub.

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək Heydər Əliyevin həyat siyasi fəaliyyətindən, həm sovet, həm müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə xalqımızın həyatında gördüyü işlərdən, xilaskarlıq missiyasından, dövlət quruculuğu siyasətindən, həmkarlar ittifaqlarına göstərdiyi hərtərəfli dəstəkdən, verdiyi qiymətli tövsiyələrdən danışıb.

"Respublika".