Digər xəbərlər

"Heydər Əliyev İli" münasibətilə növbəti konfrans Sabirabadda keçirilib

Azərbaycan Respublikasında 2023- ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, aprelin 18- Sabirabad şəhərində "Korrupsiya ilə mübarizədə Heydər Əliyev siyasi irsi" adlı konfrans keçirilib.

Baş Prokurorluqdan verilən məlumata görə, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Tədbir çərçivəsində, həmçinin, iştirakçılar Sabirabad rayon Heydər Əliyev mərkəzinin Muzey hissəsində Ulu Öndərin zəngin dövlətçilik irsini, həyat fəaliyyətini özündə əks etdirən eksponat fotostendlər ilə tanış olub.

Konfransın açılışında Ulu Öndərin şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Asəf Sarıkişiyev ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı aparılmış sistemli mübarizə, həyata keçirilmiş əsaslı islahatlar, görülmüş təşkilati preventiv tədbirlər, habelə korrupsiyaya qarşı mübarizədə prokurorluq orqanlarının üzərinə düşən vəzifələr barədə ətraflı məlumat verib.

Konfrans zamanı çıxış edən Milli Məclisin deputatı, Baş Prokurorluğun Anti-Korrupsiya Təlim Mərkəzinin rəhbəri Kamal Cəfərov bildirib ki, korrupsiyaya qarşı mübarizə istiqamətində müasir müstəqil Azərbaycan dövlətinin qurucusu memarı Heydər Əliyevin qəti siyasi iradəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməklə həyata keçirilən mövcud siyasətin əsas istiqamətini təşkil edir.

Çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov mötəbər tədbirin Sabirabad şəhərində təşkilindən məmnunluğunu ifadə edərək tutduğu mövqedən vəzifədən, maddi digər imkanlarından, asılı olmayaraq ümummilli mənafelərə sadiqliyin, bu mənafelərin qorunmasının ulu öndər Heydər Əliyev üçün hər zaman başlıca prinsiplərdən biri olduğunu vurğulayıb.

Konfransda, həmçinin, Sabirabad rayon prokuroru Fəxrəddin Pənahov, rayon məhkəmə sədri Füzuli Pənahov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli digərləri dahi lider Heydər Əliyevin korrupsiyaya qarşı konkret əməli addımlarla müşahidə olunan barışmaz siyasətinin digər fəaliyyət sferalarına müsbət təsirləri barədə çıxışlar edib.

Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları bölgə mediası arasında operativ səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.

Ü.QARAYEV,

Respublika”.