Heydər Əliyev dühasının işığı əbədi və sönməzdir
Siyasət

Heydər Əliyev dühasının işığı əbədi və sönməzdir

Xalqımız 1992-1993- illərdə tarixin zamanın çətin sınağı qarşısında qaldı, Ermənistanın Azərbaycana qarşı apardığı hərbi təcavüz nəticəsində öz yurdunda məcburi köçkünə çevrilən insanların üzləşdiyi çıxılmaz faciəli vəziyyət ölkəmizi humanitar fəlakətlə üz-üzə qoydu. Dinc insanlar müharibənin xofundan çox nagüman vəziyyətə düşdükləri üçün hara üz tutacaqlarını bilmirdilər. Təcrübəsiz naşı şəxslərin rəhbərlik ambisiyaları nəticəsində rayonlar bir-birinin ardınca işğala məruz qalır, respublikada hakimiyyət böhranı yaşanır, qanunlar işləmir, silahlı dəstələr bütün bölgələrdə tüğyan edir, xaos, anarxiya, dərəbəylik baş alıb gedir, insanları ağır həyat şərtləri çıxılmaz vəziyyətə salırdı. Ən qorxulusu o idi ki, Azərbaycan dərin bir uçurumun kənarında, müstəqilliyini itirmək təhlükəsinin bir addımlığındaydı. Belə çıxılmaz bir durumda xalq öz oğluna, dahi siyasətçi, böyük şəxsiyyət, qətiyyətli iradə sahibi, lider bacarığı ilə dünyada tanınan, həmin dövrdə keçmiş SSRİ dövlətində yüksək dövlət postundan istefa verməyə məcbur edilən çox böyük haqsızlıqla üzləşən Heydər Əliyevə müraciət etdi. Doğma xalqını Azərbaycanı hədsiz məhəbbətlə sevən ulu öndər ikinci dəfə hakimiyyətə qayıtdı çox gərgin fəaliyyəti nəticəsində bütün bəlalara, qarşıdurmaya, dövlət çevrilişlərinə cəhdlərə, haqsızlığa son qoydu. Dağılıb sökülməkdə olan cəmiyyəti ilmə-ilmə yerinə qaytaran, vətəndaş həmrəyliyi yaradan, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində siyasi islahatlara başlayan, Azərbaycanın yeni konstitusiyasını yazan, mətbuat üzərində senzuranı ləğv edən, ölkəni dünyaya inteqrasiyaya cəlb edən ümummilli liderin çoxşaxəli fədakar fəaliyyəti nəticəsində fəlakətdən tərəqqiyə, əfsanədən həqiqətə doğru işıqlı bir yol başlandı.

Ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, müstəqil respublikamızın dünya birliyinə inteqrasiyasının, yeni inkişaf strategiyasının banisi olmaqla bərabər, eyni zamanda, Azərbaycanda multikulturalizmin dövlət siyasətinə çevrilməsinin əsasını qoyub. Ulu öndər 1993- ilin 15 iyununda ölkə rəhbərliyinə qayıtdığı gün, Milli Məclisdə etdiyi ilk çıxışında bu məqamı xüsusi vurğulayıb, respublikadakı çoxmillətliliyi Azərbaycanın sərvəti adlandırıb: "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Biz bunu qiymətləndiririk saxlayacağıq. Dövlət, ölkə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib". Bu gün dünyanın ən böyük mənəvi ehtiyacı qarşılıqlı şəfqət, xeyirxahlıq, anlaşma dialoqdur. Bu dəyərlərin hamısı tarixən bu torpaqda, son tikəsini qonşusu, müsafiri ilə bölüşəcək qədər alicənab xoşniyyətli olan Azərbaycan xalqının mənəviyyatında təşəkkül tapıb. Bu gün dünyanın dörd yanından tədqiqatçılar, siyasilər, dövlət adamları tolerantlıq mühitinin nümunəsini görmək, dialoq yollarını qovuşdurmaq, mədəniyyətləri paylaşmaq üçün bu torpaqda bir araya gəlməsi təsadüfdürmü? Əlbəttə, deyil. Çünki tariximizdə zamanın sınağından keçmiş bir mənəviyyat qatı var. Ölkəmizdə mövcud olan multikulturalizm dəyərlərinin qaynağı da bu qatdadır. Həmin dəyərli nümunəni isə ümummilli liderimiz yaradıb inkişaf etdirib. Ümumiyyətlə, 1993- il çox keşməkeşli, ziddiyyətli, təhlükəli il kimi tarixin səhifələrində yaddaşlarda qaldı. Həmin il iyun ayının 4- Gəncə şəhərində silahlı üsyan baş verdi. İqtidarda olan Azərbaycan Xalq Cəbhəsinin sabitlik yaratmağa, üsyançıların qarşısını almağa, sözün əsl mənasında, bacarığı səriştəsi çatmadı. Cəbhəçilərin hakimiyyəti nicat yolunu Heydər Əliyevdə gördülər ulu öndər doğma xalqını qardaş qırğınından xilas etmək üçün həyatını təhlükəyə ataraq Gəncə şəhərinə getdi, real vəziyyəti öz gözləri ilə gördü.1993- il oktyabrın 3- xalqımız Heydər Əliyevi alternativ əsasda səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu seçkilər bütün Azərbaycan xalqının Heydər Əliyevə böyük ümidlər bəslədiyini, inandığını bir daha nümayiş etdirdi. Təsadüfi deyil ki, ulu öndərin həyat fəlsəfəsi, həyat düsturu dahilik işığına bürünüb, könüllərə xoş duyğular bəxş edib, qaranlıqları işıqlandırıb, çöhrələrdə bərq vurub. Dahi Heydər Əliyev uğur fəlsəfəsini belə izah edib: mən həyatda yalnız üç şeyə arxalanmışam: yaradanıma, zəhmətimə bir xalqıma!

Bütün həyatını Azərbaycanın inkişaf tərəqqisinə həsr edən, doğma xalqının gələcəyi naminə qətiyyətlə çalışan, məşhur neft müqavilələrindən gələn ilk vəsaitin keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldən, bir sözlə, ölkəmizi dünyada tanıdan görkəmli dövlət xadimi, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin xalqın haqlı tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı respublikanın başı üzərində dolaşan təhlükəyə, xaos anarxiyaya birdəfəlik son qoydu. Dahi şəxsiyyət, Vətənini xalqını sonsuz məhəbbətlə sevən Heydər Əliyev ötən əsrin ortalarında ermənilərin keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqındakı həyasız ideyalarına qarşı qətiyyətlə, əzmkarlıqla mübarizə aparıb. Bu haqda ümummilli lider Heydər Əliyevin aşağıdakı fikirləri xüsusilə maraqlıdır: "…1969-cu ildən Azərbaycana rəhbərlik etmişəm. O zaman da bu məsələlər qaldırılıbdır. 1977-ci ildə SSRİ-nin Konstitusiyası qəbul olunarkən Konstitusiyanı hazırlamaq üçün komissiya təşkil edilmişdi. Komissiyaya o vaxtkı Kommunist Partiyasının Baş katibi Brejnev rəhbərlik edirdi respublikaların nümayəndələri , o cümlədən mən bu komissiyanın üzvü idim. Komissiya layihə hazırladığı dövrdə, təxminən, bir il müddətində həddindən artıq təkliflər gəlmişdi ki, Dağlıq Qarabağ ayrılıb Ermənistana verilməlidir. Hətta, bir-iki dəfə bu məsələnin komissiyada baxılmasına cəhd olmuşdu. Məni düzgün başa düşün, olan şeyi deyirəm. Mən o vaxt bunların qarşısını aldım. Amma qarşısını almaq da çətin idi. İradəmlə Azərbaycan xalqının milli mənafelərini canımla, qanımla müdafiə edərək qarşısını aldım".

Dahi insanın təbirincə desək, müstəqilliyi qazanmaq qədər çətindirsə, onu qoruyub saxlamaq ikiqat çətin şərəflidir. Ulu öndər, ilk növbədə, cəbhədə atəşkəsə nail oldu sülhpərvər mövqeyinə görə Azərbaycan Avropa Birliyi, beynəlxalq təşkilatlar tərəfindən güclü dəstək qazandı. Beynəlxalq təcrübəyə əsasən münaqişə baş verən regionlarda bərpa yenidənqurma işləri beynəlxalq qurumlar tərəfindən yalnız tərəflər arasında sülh sazişi imzalandıqdan sonra maliyyələşdirilir. Buna baxmayaraq, Heydər Əliyevin siyasəti sayəsində Azərbaycanda işğaldan zərərçəkmiş ərazilərin bərpası BMT Avropa Birliyi kimi nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Dünya Bankı İslam İnkişaf Bankı, donor ölkələrin maliyyə dəstəyi hesabına aparılmağa başlandı. Dünya təcrübəsində analoqu olmayan bu hal Heydər Əliyev siyasəti zəkası hesabına Azərbaycanı humanitar fəlakətin astanasından inkişaf tərəqqi yoluna çıxardı.

Azərbaycanın təşəbbüskarı olduğu bütün dünyada geniş əks-səda doğuran Bakı-Tbilisi-Ceyhan neft Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu kimi strateji əhəmiyyətli tarixi layihələrin icrası reallaşdırılıb. Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması, İran İslam Respublikasının sərhədinədək dəmir yolunun Astaraçay üzərindəki körpünün tikintisinin başa çatdırılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin istifadəyə verilməsi beynəlxalq tranzit ölkə statusu qazanmış respublikamızı Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin qovşağına çevirib. Ötən 20 ilə nəzər salsaq görərik ki, Prezident İlham Əliyev keçmiş Dağlıq Qarabağ probleminin daim gündəlikdə qalması üçün bütün nitq çıxışlarında, beynəlxalq təşkilatların tribunalarında, dünya liderləri ilə bütün görüşlərində, müsahibələrində bu barədə tarixi faktları dilə gətirib, bu barədə dəfələrlə çox müfəssəl danışıb. Bu zaman kəsiyində dövlətimizin başçısı var gücü ilə çalışıb ki, təcavüzkarın zərərçəkmiş tərəfin kim olduğunu dünyada hər kəs bilsin. Məhz belə oldu, 44 gün davam edən Vətən müharibəsində informasiya cəbhəsindəki layiqli nəticələr döyüş meydanındakı qələbələrlə üst-üstə düşdü. Çox qürurlu bir mənzərə yarandı, hər iki cəbhədə qalib Ordunun məğrur dayanmış Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dediyi "Qarabağ Azərbaycandır!" sözləri öz təsdiqini tapdı. Laçında sərhəd-buraxılış məntəqəsi quruldu, Zəngəzur dəhlizinin açılması üçün ciddi işlər gedir, Qarabağ Şərqi Zəngəzurda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri dövlətimizin gücünü iradəsini göstərir. Müxtəlif zaman fasilələri ilə iyun ayının 15- iki tarixi hadisənin - ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı "bir millət iki dövlət"in başçıları İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın birlikdə imza atdıqları Şuşa Bəyannaməsinin qəbul edildiyi gündür. Qardaş qardaşa qucaq acır, əllərimiz kimi ruhumuz da birləşir, könüllərdəki həsrətə son qoyulur. Həyatın bütün sahələrində sarsılmaz bağlar yaranır, əlaqələr daha da genişlənir, ulu öndərin dediyi "Azərbaycanla Türkiyə bir millət iki dövlət"dir kəlamı həqiqəti, tarixi kökləri, qardaşlığı əks etdirir. 2021-ci il iyun ayının 15- Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilən qədim Şuşa şəhərinə səfəri Türkiyə-Azərbaycan əlaqələrinin tarixində unudulmaz bir gün oldu. Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Türk Cümhuriyyətinin Prezidenti Ərdoğanın Şuşada keçirdikləri mətbuat konfransı son iyirmi il ərzində Türkiyə Azərbaycanın dünya miqyasında müttəfiqlik münasibətlərinin zirvəsinə çevrildi. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, milli maraqlara əsaslanan siyasəti nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib. Ölkəmizdə sosial-iqtisadi infrastruktur müasir tələblərə uyğun yenidən qurulur, sabitlik təhlükəsizlik təmin edilib. Xalqımız Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir müdafiə edir. xoş ki, bu gün Azərbaycan dahi Heydər Əliyevin dühasının işığına, nuruna, zərrəsinə bürünüb, ulu öndərin əməlləri bizə yol göstərir, gələcəyə aparır.

Natiq CAVADOV,

Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin

direktoru, iqtisad üzrə elmlər doktoru, professor.