Hande Harmancı: Azərbaycan hökumətinin pandemiya dövründə belə tez tədbirlər görməsi təqdirəlayiqdir
MÜSAHİBƏLƏR

Hande Harmancı: Azərbaycan hökumətinin pandemiya dövründə belə tez tədbirlər görməsi təqdirəlayiqdir

Azərbaycan hökuməti COVID-19 ilə mübarizəyə sürətli şəkildə başladı. Hökumətin pandemiya dövründə belə tez tədbirlər görməsi təqdirəlayiqdir.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Gəncədə səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

"Bununla yanaşı, Azərbaycanda əhalinin koronavirusla mübarizəyə dəstəyi də təqdir olunmalıdır. Bir çox Qərbi Avropa ölkəsindən fərqli olaraq, Azərbaycan əhalisi həm vaksini daha tez qəbul etdi, həm də ictimai səhiyyə tədbirlərinə sıx əməl olunmağa başladı. Bu da təbii ki, yoluxma sayının az olmasına öz təsirini göstərir. Bunun davamlı olması çox əhəmiyyətlidir, - deyə ÜST-nin nümayəndəsi əlavə edib.

AZƏRTAC