Gənclərlə görüş
Region

Gənclərlə görüş

"Şirvan Gənclər Evi" Sosial Xidmət Müəssisəsində veteran neftçi Vaqif Cavadovla gənclərin görüşü keçirildi. Öncə vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Görüşdə Gənclər Evinin direktoru Əfqan Həsənov və Şirvan Operating Company Limited şirkətinin məsul işçisi Taleh Məmmədov gənclərə ölkəmizdə ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının inkişaf yolu haqqında məlumat verərək, müstəqil dövlət olan Azərbaycanın öz milli sərvətinin sahibi olmasından, iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiyasından, ölkəmizin sosial böhrandan çıxaraq dirçəlməsindən, demokratik Azərbaycan dövlətinin uğurlarından danışdılar.

 Neft sahəsində müxtəlif vəzifələrdə 46 il fəaliyyət göstərmiş veteran neftçi Vaqif Cavadov qazandığı iş təcrübəsi, keçdiyi çətin və şərəfli yol, iş həyatında qarşılaşdığı maraqlı hadisələrdən söz açaraq gənclərə tövsiyələrini bildirdi. Görüşün sonunda Vaqif Cavadova Gənclər Evi və Şirvan Operating Company Limited şirkəti tərəfindən hədiyyələr təqdim olundu.

Tofiq Hüseyn,

"Respublika".