Ermənilər kütləvi məzarlıqların yerini bildirməməklə beynəlxalq öhdəliyi pozur
Digər xəbərlər

Ermənilər kütləvi məzarlıqların yerini bildirməməklə beynəlxalq öhdəliyi pozur

Uzun illər Hayastanın azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər, ağır cinayətlər düşmənin vandallığını aydın şəkildə əks etdirir. Azərbaycanofobiya, türkofobiyanın geniş vüsət aldığı Ermənistan yürütdüyü etnik təmizləmə siyasəti ilə özünün həm də terror dövləti olduğunu göstərir. İstər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi dövründə ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklər düşmənin bitib-tükənməyən kin-küdurətindən xəbər verir. Son zamanlarda aşkar olunan kütləvi məzarlıqlar da ermənilərin qeyri-humanist davranışlarını bir daha təsdiqləyir.

Məsələnin ən pis tərəfi düşmənin 30 il müddətində daha da vəhşiləşməsi reallığıdır. Xain hayların ərazilərimizdə genişmiqyaslı qətliamlar törətməklə yanaşı, cani babaları Andranikin əməllərini davam etdirməsi də bunun təzahürüdür.

Hələ Birinci Qarabağ müharibəsi dövründə xain ermənilər riyakarcasına qətlə yetirdiyi hərbi, mülki azərbaycanlıları kütləvi məzarlıqlarda basdırmaqla öz toplumlarının vəhşiliyini dünyaya nümayiş etdiriblər. Əfsuslar olsun ki, bu vəhşiliklərə beynəlxalq ictimaiyyət biganə yanaşıb. Hayastanın Kəlbəcər rayonunun Ağdaban, Başlıbel kəndlərində, "Tunel" adlanan ərazisində, eləcə də Şuşanın Daşaltı kəndində törətdikləri cinayətlərin izləri hələ də qalmaqdadır. İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işləri zamanı tapılan kütləvi məzarlıqlar da soydaşlarımızın amansızlıqla qətlə yetirildiklərini əyani sübut edir.

Qazax rayonunun Ermənistanla sərhəd olan Bağanis Ayrım kəndində diri-diri yandırılan insanların külə dönmüş cəsədlərinin tapılması tarixdə misli-bərabəri görünməyən cinayətlərdən biri kimi qiymətləndirilir. Düşmənin insanlıq əleyhinə törətdiyi vəhşiliklərin izinə Edilli kəndində də rast gəlmək mümkündür. Belə ki, ötən il həmin kənddə Birinci Qarabağ müharibəsi zamanı qaniçən haylar tərəfindən əsir götürülmüş və işgəncələrə məruz qalaraq öldürülmüş 25 nəfər hərbçimizin basdırıldığı kütləvi məzarlıq aşkar edilmişdi. Qeyd edək ki, bu kənd vaxtikən ermənilərin həbs düşərgəsi olub. Adını çəkdiyimiz yerlərlə yanaşı, Ağdam, Füzuli, Şuşa rayonlarının ərazisində də fərdi və kütləvi məzarlıqlara rast gəlinir. Düşmən tapdağından azad olunan ərazilərimiz minalardan təmizləndikcə aşkar olunan kütləvi məzarlıqların sayının artması vəziyyəti daha da acınacaqlı hala gətirir. Digər bir kütləvi məzarlıq isə Kəlbəcər rayonunun Başlıbel kəndində aparılan qazıntı işləri zamanı üzə çıxıb. Aparılan istintaq işləri nəticəsində məlum olub ki, hələ 1993-cü ildə düşmənin həmin kəndə hücumu zamanı əhali mağaralara sığınıb. Daha sonra vandal ermənilər sakinlərin sığındığı həmin yerləri müəyyənləşdirərək onları qətlə yetirib. Elə bu il iyunun 19-da Ağdamın Sarıcalı kəndində də kütləvi məzarlıq aşkarlanmışdı.

İkinci Qarabağ savaşından xeyli vaxt keçməsinə baxmayaraq, onun fəsadları hələ də özünü bəlli edir. Həmin ərazilərdə tapılan kütləvi məzarlıqların sayı isə günbəgün artmaqdadır. Belə ki, avqustun 15-də Şuşada növbəti dəfə kütləvi məzarlıq aşkar edilib. Şuşa həbsxanası ərazisində aşkar olunan məzarlıqda 17 şəxsə aid olması ehtimal edilən insan qalıqları tapılıb. Sadaladığımız faktlardan bir daha məlum olur ki, Ermənistan bəşəriyyət üçün təhdiddən başqa bir şey deyil. Ermənistanın kütləvi məzarlıqların yeri barədə məlumat verməkdən imtina etməsi isə insanlığa sığışmır.

Ürək ağrısı ilə də olsa, qeyd etməliyik ki, təkcə Birinci Qarabağ müharibəsindən bəri 3900-dən çox vətəndaşımız itkin düşüb. Həmin şəxslərin əksəriyyəti işgəncələrlə, amansızcasına qətlə yetirilib, kütləvi məzarlıqlarda dəfn olunub. Bu baxımdan, Ermənistanın Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməsi vacibdir. Xain haylar bundan imtina etməklə beynəlxalq öhdəlikləri pozmuş olurlar. Çünki həm dövlətdaxili cinayət hüququ, həm də beynəlxalq hüquqda əsirlərin və girov götürülmüş şəxslərin amansızcasına qətlə yetirilməsi və kütləvi məzarlıqda dəfn edilməsi ən ağır dünyəvi cinayətlərdəndir. Bu cinayətləri törədənlər lazımi cəzasını almalıdır.

Nəzrin ELDARQIZI,

"Respublika".