Erməni təxribatları səngimir
Digər xəbərlər

Erməni təxribatları səngimir

Ermənilərin 44 günlük müharibədə məğlub olmaqlarına baxmayaraq, iki ildən çoxdur ki, Azərbaycan-Ermənistan şərti sərhəd ərazilərdə ard-arda törətdikləri təxribatlar səngimir. Aprelin 11- növbəti təxribat baş verib.

Belə ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Ermənilərin törətdikləri bu təxribat nəticəsində  Azərbaycan ordusunun üç hərbi qulluqçusu şəhid olub.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb. Bölmələrimiz tərəfindən görülən cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.

Son dövrlər erməni təxribatlarının sayı artsa da, qarşıdurmalar əsasən kiçikçaplı silahların istifadəsi ilə lokal ərazidə baş verirdi. Aprelin 11- baş vermiş toqquşma isə artıq daha böyük ərazini əhatə edib. Çoxsaylı hərbçinin iştirak etdiyi silahlı toqquşmada böyükçaplı pulemyotlardan minaatanlardan  istifadə olunub.

Hər zaman olduğu kimi, Azərbaycan tərəfi müharibə istəmir o, sülh danışıqlarının bərpasına çalışır. Əslində, Ermənistan da dəfələrlə sülh danışıqlarını davam etdirmək niyyətində olduğunu bəyan edib (Paşinyanın çıxışlarında bunu eşitmişik). Ancaq gəlib əsas mətləbə çatanda Ermənistan mütləq bir təxribat törədərək danışıqları pozub. Ermənistan qondarma, öz siyasəti olmayan, himayədarlarının istəyi ilə hərəkət edən marionet bir dövlətdir. Bu himayədar dövlətlər  əsrlər boyu regionumuzda sabitliyə qarşı olub, hərc-mərclik yaradıblar. Aydındır ki, bu gün Azərbaycan Ermənistan arasında sülh müqaviləsinin bağlanması sərhədlərin delimitasiyası onlara heç cür sərf etmir.

Amma Ermənistan öz xalqına sabit həyat arzu edirsə, ilk növbədə, torpaq iddialarından əl çəkməlidir. Belə olduğu təqdirdə, Azərbaycan Ermənistan arasında sülh müqaviləsi bağlanacaq regionda sabitlik bərqərar olacaq

Söhrab SƏFİYEV,

"Respublika".