Ələt Azad İqtisadi Zonası
İQTİSADİYYAT

Ələt Azad İqtisadi Zonası

Bu möhtəşəm layihənin icrası ölkə iqtisadiyyatının dinamik dayanıqlı inkişafına töhfə verəcək

2021-ci il iyulun 1- Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Ələt Azad İqtisadi Zonasının yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni yeri yaratmaq da əsas hədəflərdəndir. Bu xüsusda ölkəyə xarici investorların cəlb edilməsi üçün qanunvericilik sahəsində işlərin görülməsi daha vacib idi. 2017-ci ildə dövlət başçısı Ələt Azad İqtisadi Zonasının yaradılmasının sürətləndirilməsinə dair müvafiq Sərəncam imzalayıb 2018-ci ildə qanun qəbul edilib. Bu mütərəqqi qanunun qəbul edilməsindən sonra Qaradağ rayonunun Ələt qəsəbəsində 850 hektarlıq ərazi ayrılaraq praktiki işlərə start verilmişdir.

Ölkə başçısının rəhbərliyilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının davamlı olması, iqtisadiyyatın digər sahələrinin inkişafı şaxələndirilməsi, xarici investisiyanın cəlb edilməsi istiqamətində bu günə qədər çox vacib layihələr icra olunub. Azərbaycan iqtisadiyyatının inkişafında neft sektoru mühüm rol oynasa da, ölkəmiz öz gələcək inkişafını neftdən əldə olunan vəsaitlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsində görür. Ələt Azad İqtisadi Zonasının yaradılması bu yöndə görülən səmərəli işlərin sübutudur. Prezident İlham Əliyev Ələt AİZ-in təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində bu məsələyə münasibət bildirmişdi: "Bu zonanın yaradılması ideyasının təməlində bizim siyasətimiz dayanır. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir. Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Eyni zamanda, burada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni yerləri yaradılacaq burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək bizim qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək…".

Azərbaycanın mühüm nəqliyyat-logistika qovşağında yerləşməsi iqtisadiyyatın inkişafında digər vacib amillərdən biridir. Asiyadan Avropaya yükdaşımalarda yeni nəqliyyat xəritəsinin formalaşmasında ölkəmizin perspektivi daha da ön plana çıxmışdır. Azad İqtisadi Zonanın Ələt qəsəbəsində yaradılması da təsadüfi deyil. Qəsəbənin Bakı şəhərinin yaxınlığında yerləşməsi, həmçinin Beynəlxalq Dəniz Limanının Ələtdə olması iqtisadi zonanın fəaliyyəti üçün önəmli amildir. Digər vacib məqam isə beynəlxalq dəhlizlərin- Şərq-Qərb dəhlizi, Şimal-Cənub dəhlizinin Ələtin ərazisindən keçməsidir ki, bu da logistika, nəqliyyat baxımından ərazini əlverişli edir. Səngəçalda 300 meqavat gücündə elektrik stansiyasının mövcudluğu da infrastruktur layihələrinə qoyulan xərclərə nisbətən qənaət olunmasına imkan yaradacaq.

Azərbaycanda gözəl sərmayə iqliminin olması beynəlxalq qurumlar tərəfindən təsdiqlənir. Dünya Bankının "Doing Business" hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bu da dövlətin apardığı islahatlar nəticəsində mümkün olmuşdur deyə bilərik ki, Azərbaycan dünyanın bir çox inkişaf etmiş ölkəsini bu sahədə geridə qoyub. İnvestorların Azad İqtisadi Zonaya cəlb olunmasında müasir infrastrukturun mövcudluğu ilə yanaşı, həm burada yaradılan nadir qanunvericilik bazasının olmasıdır. İyunun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak edərkən, dövlət başçısına bildirilib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında qlobal nəqliyyat dəhlizlərinin üzərində strateji coğrafi mövqeyə malik iqtisadi zonada yaradılan əlverişli şərait, o cümlədən nadir qanunvericilik bazası, fiskal qeyri-fiskal imtiyazlar zərfi, zəruri infrastruktur mühəndis-kommunikasiya sistemləri ilə təmin edilmiş sənaye torpaq sahələri, nəqliyyat-logistika mərkəzləri digər perspektivlər investorlar üçün davamlı regional üstünlük yaradacaq Ələt Azad İqtisadi Zonasını regional investisiya mərkəzinə çevirəcək. Eləcə bu iqtisadi zonada investorlar üçün fiskal qeyri-fiskal imtiyazlar tətbiq edilir. Belə ki, İnvestorlar əlavə dəyər vergisi, ödəmə mənbəyində vergi, mənfəət vergisi hər hansı digər korporativ vergidən azaddırlar. Zonada idxal ixrac zamanı gömrük rüsumları vergilər, həmçinin aylıq əməkhaqqı 8 min manata qədər olan işçilər üçün gəlir vergisi tətbiq olunmur. Yüksəkixtisaslı əcnəbi işçilər üçün sosial sığorta ödənişləri könüllü, yerli işçilər üçün isə məcburi xarakter daşıyır. Əcnəbi hüquqi fiziki şəxslərin Ələt Azad İqtisadi Zonasında mülkiyyət sahibi olmasına heç bir məhdudiyyət qoyulmur. Xarici investorlar üçün yerli tərəfdaş səhmdar tələbi yoxdur. Valyuta əməliyyatları ya mənfəətin repatriasiyasına da heç bir məhdudiyyət qoyulmur. İnvestorların əmlakı heç bir halda milliləşdirilə bilməz Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu investorların əmlakının bu ya digər məhdudiyyətlərdən qorunmasına təminat verir. Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu, həmçinin investorların əqli mülkiyyət hüquqlarının tam qorunmasına təminat verir.

Beləliklə, Azərbaycanın Avrasiyada mövqelərinin güclənməsi, maraqlarının təmin olunması regional gücə çevrilməsində Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması çox mühüm hadisədir. Bu möhtəşəm layihənin icrası qeyri-neft sektorunun inkişafı iqtisadiyyatımızın dayanıqlı olması şaxələndirilməsi istiqamətində əsaslı rol oynayacaq.

Musa BAĞIRLI,

"Respublika".