Azərbaycanın daha üç cüdoçusu Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclər arasında dünya çempionatında bu gün mübarizəyə başlayacaq.
"Respublika" xəbər verir ki, kişilərin mübarizəsində Ramazan Əhmədov +100 kq çəki dərəcəsində gücünü sınayacaq. O, 1/16 finalda tacikistanlı İbrohimjon Elmurodovla qarşılaşacaq.
Qadın cüdoçular Nərmin Əmirli və Nigar Süleymanova da eyni raundda turnirə start verəcək. N.Əmirli 78 kq çəkidə misirli Aya Qaballa ilə, N.Süleymanova isə +78 kq-da xorvatiyalı Marselina Vranyeslə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Vüsal Qələndərzadə (73 kq) qızıl, Nizami İmranov (60 kq) və Vüqar Talıbov (90 kq) gümüş medal əldə ediblər.